SON DƏQİQƏ

Müəllimlər niyə məktəbə çağırılır?

Tarix:

2-06-2020, 14:39

/ 3 012 dəfə oxundu.
Müəllimlər niyə məktəbə çağırılır?

Dünəndən etibarən müəllimlərin məktəblərə çağırılması müzakirələrə səbəb olub.

Bu, dərslərin başlanmasına hazırlıqla deyil, şagirdlərin qiymətləndirilməsi ilə bağlıdır.

Belə ki, müəlimlər şagirdlərin yekun attestasiyası, buraxılış imtahanları, birinci sinfə şagird qəbulu prosesində iştirak üçün iş yerinə çağırılıblar.

Ekspertlər isə bildiriblər ki, müəllimlərin məktəbə çağırılmasının səbəbi qeyri-kafi, yəni "2” qiymət almış şagirdlərin yoxlama imtahanı da ola bilər.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov saytımıza açıqlamasında mövzu ilə bağlı şəxsi Feysbuk hesabında yaxın saatlarda ətraflı məlumat verəcəyini bildirib.

скачать dle 12.1

Şərhlər