SON DƏQİQƏ
» » Bütün şagirdlər tibbi maska taxacaq-DİM sədrindən açıqlama

Bütün şagirdlər tibbi maska taxacaq-DİM sədrindən açıqlama

Tarix:

1-06-2020, 11:47

/ 2 769 dəfə oxundu.
Bütün şagirdlər tibbi maska taxacaq-DİM sədrindən açıqlama

1 ay ərzində 190 min nəfər imtahanlarda iştirak edəcək. Onların yarısı 11-ci sinfə aid şagirdlərdir.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb. Qurum sədri bildirib ki, 11-ci sinifdə oxuyan məzunlar imtahanların ikinci mərhələsində iştirak edəcək: "9-cu sinifdə oxuyan 90 minə yaxın şagird də imtahanlarda iştirak edəcək”. Onun sözlərinə görə, bir həftə ərzində təxminən 45 min insan hər həftə imtahana qatılacaq: "1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib.

DİM sədri qeyd edib ki, bu gündən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb: "İmtahanlarda iştirak edəcək şəxslər mütləq "Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”. M.Abbaszadə qeyd edib ki, koronavirus infeksiyasına qarşı tətbiq olunan tədbirlərə imtahanlara giriş və proses zamanı riayət edilməlidir: "Tibbi maskadan istifadə, tibbi hərarətlərin yoxlanması, sosial məsafə qaydalarına ciddi nəzarət tətbiq olunacaq. Abituriyentlərin yoxlanması üçün xüsusi vaxt təyin olunub. Bu, sosial məsafənin qorunması üçündür. Valideynlərdən və şagirdlərdən xahiş edirik ki, buraxılış vəsiqələrində qeyd edilən vaxtda imtahan binasına yaxınlaşsınlar”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ