SON DƏQİQƏ

Bu universitet tələbə qəbulu elan edir

Tarix:

29-05-2020, 14:47

/ 3 155 dəfə oxundu.
Bu universitet tələbə qəbulu elan edir

Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edib.

ADU-dan verilən məlumata görə, sənəd qəbulu iyun ayının 1-dən avqust ayının 10-dək aparılacaq.

Tələb olunan sənədlər aşağıdakılardır:

- rektorun adına ərizə;

- diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

- sağlamlıq haqqında arayış;

- əmək kitabçasının surəti.

Sənədlər istirahət günlərindən başqa hər gün saat 10:00-15:00-dək qəbul ediləcək.

Universitetdən bildirilib ki, sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ