SON DƏQİQƏ

Kəsri olan tələbələrə şad xəbər

Tarix:

20-05-2020, 13:10

/ 3 006 dəfə oxundu.
Kəsri olan tələbələrə şad xəbər


Cari tədris ilində akademik borcu olan tələbələrin vəziyyətini tələbəyönümlü və sosial baxımdan qiymətləndirmək olar. Tələbənin imtahan sessiyasında bir və ya bir neçə kəsri yaranarsa, ona şərait yaradılacaq ki, yenidən imtahan versin.

Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin ötən gün verdiyi "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarının Təhsil Nazirliyinin aidiyyəti sturkturlarının nümayəndələri tərəfindən təşkil edilən video-konfransında danışıb.

O bildirib ki, əvvəl tələbəyə 1 akademik ildə maksimum 2 fəndən təkrar imtahan vermək imkanı tanınırdı: "Lakin yeni qərarla bu limit aradan qaldırıldı. Bu dəyişikliyin üstünlüyü ondan ibarətdir ki, tələbə bütün kəsrlərini bağlamaq üçün həmin fənlərdən təkrar imtahanda iştirak edə biləcək. Əlavə olaraq, tələbənin aşağı kurslardan kəsri qalıbsa, daha 2 fəndən təkrar imtahan verə biləcək. Təkrar imtahanlar ödənişsiz olacaq ”.

Sektor müdiri əlavə edib ki, bu qərar koronavirus pandemiyası dövründə qüvvədə qalacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ