SON DƏQİQƏ
» » Ərizənin təsdiqini belə ləğv edə bilərsiniz- DİM

Ərizənin təsdiqini belə ləğv edə bilərsiniz- DİM

Tarix:

14-05-2020, 12:51

/ 2 211 dəfə oxundu.
Ərizənin təsdiqini belə ləğv edə bilərsiniz- DİM

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün "Abituriyentin elektron ərizəsi”ni təsdiq etmiş, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçün yeni elektron xidmət istifadəyə verilib.

Təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki "Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub "Şəxsi kabinet”inin istifadəçi adı və parolunu müvafiq sahələrə qeyd edir. Ərizənin ləğv olunması üçün istifadəçinin "Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. 

Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib "Şəxsi kabinet”dəki "Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə "Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır.

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

Ətraflı məlumatı DİM-in səhifəsindən əldə edə bilərsiz. 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ