SON DƏQİQƏ
» » Nazir dərslərin başlaması tarixindən danışdı

Nazir dərslərin başlaması tarixindən danışdı

Tarix:

7-05-2020, 17:14

/ 1 935 dəfə oxundu.
Nazir dərslərin başlaması tarixindən danışdı

Dərslərin 1 iyun tarixindən etibarən başlanması planlaşdırılmır.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.

Nazir bildirib ki, imtahanların keçirilməsi yeni qaydalar əsasında baş tutacaq:

"Bu normalar beynəlxaq təcrübədə öz əksini tapan yanaşmalardır. Bundan sonrakı tədbirlər əvvəlkilərdən daha fərqli olacaq. Artıq Baş nazirə dəyişikliklərin hüquqi normativləri əsasında hazırlanmış tədbirlər planı təqdim edilib".

Nazir qeyd edib ki, virus kəskin şəkildə artarsa, bu qaydalara yenidən baxılacaq.

скачать dle 12.1

Şərhlər