SON DƏQİQƏ

Məktəblər açıla bilər?- AÇIQLAMA

Tarix:

27-04-2020, 15:27

/ 2 040 dəfə oxundu.
Məktəblər açıla bilər?- AÇIQLAMA

Bu gün saat 17:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsillə bağlı keçiriləcək brifinqi məktəblərdə tədrisin başlanması məsələsini gündəmə gətirib. İlkin yumşalmanın ardınca məktəblərdə tədris bərpa oluna bilərmi?

Bu barədə ölkəmizin baş infeksionisti Cəlal İsayev deyib ki, məktəblərin açılması hələ təhlükəlidir.

"Ancaq hazırda duruma baxılır, vəziyyət dəyərləndirilir. Mayın 4-dən sonra bu barədə düşünmək olar”, - C.İsayev bildirib.

C.İsayev qeyd edib ki, mayın 4-nə qədər durum indiki kimi davam edərsə, məktəblərin açılması gündəmə gələ bilər:

"Ancaq mən istənilən halda məktəblərin belə tezliklə açılmasının tərəfdarı deyiləm. Mayın 15-20-dən sonra məktəblərin açılması barədə düşünmək olar. O zaman artıq müəyyən mənada epidemiyanın gedişatı xeyli aydınlaşacaq. Ondan sonra qəti qərar qəbul etmək olar ki, məktəblər açılsın, ya yox”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ