Bakı Biznes Universitetinin təşkilatçılığı ilə “online” iclas keçirilib
Tarix:
18-04-2020, 18:45
/ 1 464 dəfə oxundu.
Koronavirus
(COVİD-19) infeksiyasının Azərbaycan ərazisində də yarada biləcəyi təhlükənin
qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə
prosesi müvəqqəti dayandırılmışdır. Buna baxmayaraq tələbələrə təhsil
proqramlarının mənimsənilməsi imkanlarını təmin etmək məqsədilə Bakı Biznes
Universitetindətədris prosesinin təşkili
ilə bağlı bir sıra işlər məsafədən- "online” şəkildə yüksək səviyyədə həyata
keçirilməkdədir.
Bakı
Biznes Universiteti eyni zamanda beynəlxalq layihələrin aktiv iştirakçısı kimi
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və koordinatoru olduğu "Azərbaycan
Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf
etdirilməsi” adlı Erasmus+ layihəsinin icrasını uğurla davam etdirməkdədir. Məlum
səbəblərdən layihə çərçivəsində xarici səfərlər, üzbəüz təlimlər,
planlaşdırılan işlər və iclaslar müvəqqəti təxirə salınmışdır. Buna baxmayaraq
Avropa Komissiyasının tövsiyəsi ilə layihənin icra müddəti, qalan müddət üçün
iş planının yenidən nəzərdən keçirilməsi və qarşıda duran bir sıra məsələlərin
müzakirə edilməsi məqsədilə Bakı Biznes Universitetinin təşkilatçılığı ilə
"online” görüş keçirilmişdir. Görüş zamanı layihənin müddətinin1 ilədək uzadılması, eləcə də iş planında nəzərdə
tutulan müəyyən işlərin "online” şəkildə yerinə yetirilməsi barəsində təkliflər
verilmişdir. İclasda layihənin xarici partnyorları olan İsveçin Kral
Texnologiya İnstitutundan doktor Viktor Kordos, İngiltərənin Middlesex
Universitetindən dosent George Dafaoulas, İspaniyanın Alikante Universitetindən
doktor Denis Galvin, Litvanın SMK Tətbiqi Elmlər Universitetindən dosent Inga Juknyte-Petreikienevə yerli
tərəfdaş Universitetlərdən Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti,
Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Odlar Yurdu
Universiteti, Kooperasiya Universiteti,Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat
Universitetinin nümayəndələri iştirak etmişlər. Layihənin koordinatoru olan
Bakı Biznes Universitetini iclasda Beynəlxalq əlaqələr üzrə prorektor Eşqin
Bayramov, layihənin koordinatoru Gülşən Bayramova, Keyfiyyət təminatı mərkəzinin
direktoru Cavidan Heydarov təmsil etmişdir. Görüşün sonundalayihənin uğurla davam etdirilməsi məqsədilə
növbəti iclasın keçirilməsi qərara alınmışdır.