SON DƏQİQƏ
» » Dərslərin 15 sentyabra kimi təxirə salınmasına rəsmi cavab

Dərslərin 15 sentyabra kimi təxirə salınmasına rəsmi cavab

Tarix:

16-04-2020, 12:51

/ 1 989 dəfə oxundu.
Dərslərin 15 sentyabra kimi təxirə salınmasına rəsmi cavab

Bu gün sosial şəbəkələrdə guya Təhsil Nazirliyinə istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yalandır.
Bu sözləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, bu tip xəbərlərin əsası yoxdur və dezinformasiyadır:
"Vətəndaşları bu və bu kimi xəbərlərə əhəmiyyət verməməyə səsləyirik. Təhsil məsələləri ilə bağlı bütün yeni xəbərlər Təhsil Nazirliyinin rəsmi səhifəsində yerləşdirilir. Dərslərin nə vaxt açılması ilə bağlı yekun bir tarix məlum deyil. Bu barədə yekun qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin adından "koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təmin olunması məqsədilə” bütün təhsil müəssisələrində dərslərin 15 sentyabr 2020-ci il tarixinədək dayandırıldığı barədə məlumat yayılıb.
скачать dle 12.1

Şərhlər