SON DƏQİQƏ

9 və 11-ci sinif şagirdlərinə ŞAD XƏBƏR

Tarix:

26-03-2020, 12:11

/ 2 296 dəfə oxundu.
9 və 11-ci sinif şagirdlərinə ŞAD XƏBƏR

"DİM-in keçirdiyi builki bütün növ imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq".
Bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, 3 martdan etibarən 9-cu və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq:
"Amma 11-ci sinif şagirdinin 3 martdan sonra keçməli olduğu bir çox mövzuları o, 9-cu sinifdə oxuyanda keçib. Ona görə də, məhz həmin mövzuları 11-ci sinif dərsliklərindən yox, 9 cu sinif dərsliklərindən oxuyub öyrənsinlər.
Bir daha qeyd etmək istəyirəm ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq. Hətta tədris bərpa olunduqdan sonra da bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ