SON DƏQİQƏ

Bakı Biznes Universitetində yeni layihə

Tarix:

20-02-2020, 15:50

/ 1 917 dəfə oxundu.
Bakı Biznes Universitetində yeni layihə

Bakı Biznes Universiteti və "Easymark" şirkətinin təşkilatçılığı ilə "Marketingguide in BBU" layihəsi həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmış,tələbələri tədbirdə fəal iştirak etməyi tövsiyyə etmişdir.

Layihə çərçivəsində “ABAD”, “Azərsun”, “Dünyagöz”, “Easymark”, “Stimul Education”və digər nüfuzlu şirkətlərin sərgisi keçirilmişdir. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi marketinqin son trendlərinin müzakirəsi, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiqi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamlara diqqət yönəltməkdir.

Tədbirin sonunda fəal tələbələr setifikat və digər həvəsləndirici hədiyyələrlə mükafatlandırılmişdır. “Dünyagöz” klinikası tərəfindən tələbələrə  ödənişsiz müayinəvə əməliyyat endirim kuponları və digər şirkətlərin hədiyyələri təqdim edilmişdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ