SON DƏQİQƏ

Erasmus+ layihəsinin təlimləri

Tarix:

28-11-2019, 08:17

/ 1 522 dəfə oxundu.
Erasmus+ layihəsinin təlimləri

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin təlimləri 2019-cu il noyabr ayının son həftəsində Litvanın SMK Tətbiqi Elmlər Universitetində həyata keçirilmişdir.

GunAz.az bildirir ki, təlimlərdə Litvanın EKT akkreditasiya təşkilatının nümayəndələri, SMK Tətbiqi Elmlər Universitetinin keyfiyyət təminatı üzrə eksperti, layihənin tərəfdaşı olan 11 Azərbaycan Universitetlərinin nümayəndələri iştirak etmişlər. Təlimlərin əsas mövzusu keyfiyyət təminatı proseslərinin, modellərinin “QPR” elektron portalına daxil edilməsi və ümumilikdə keyfiyyət təminatına dair portalın iş prinsiplərinin dərindən öyrənilməsidir. Eyni zamanda Keyfiyyət İdarəetmə Sistemi, tədrisdə yeni təlim və qiymətləndirmə metodlarının istifadə olunması haqqında avropalı ekspert tərəfindən real nümunələr əsasında təlimlər(masterclass) keçirilmişdir.

Erasmus+ layihəsinin təlimləri

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ