SON DƏQİQƏ
» » Şagirdlərin elektron yerdəyişməsi qəbulu oktyabrın 21-dən davam edəcək

Şagirdlərin elektron yerdəyişməsi qəbulu oktyabrın 21-dən davam edəcək

Tarix:

14-10-2019, 20:03

/ 1 743 dəfə oxundu.
Şagirdlərin elektron yerdəyişməsi qəbulu oktyabrın 21-dən davam edəcək

2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

875 sorğuya dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Qeyd edək ki, elektron yerdəyişmə prosesi ilə bağlı sorğuların qəbulu 21 oktyabr 2019-cu tarixindən etibarən davam etdiriləcək.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

скачать dle 12.1

Şərhlər