SON DƏQİQƏ
» » Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar

Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar

Tarix:

20-08-2019, 08:24

/ 1 340 dəfə oxundu.
Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti yeni tədris ilinin başlaması ərəfəsində məktəblilərin çanta ağırlığı ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, Federal Xidmət apardığı araşdırma zamanı məktəblilərin çantasının ağır olduğunu aşkara çıxarıb.

Rusiyalı mütəxəssislər hesab edir ki, 1-ci və 2-ci sinif şagirdlərinin kürək çantasının çəkisi 1,7 kq-dan, 3-cü və 4-cü sinif şagirdlərinin kürək çantasının ağırlığı isə 2,2 kq-dan çox olmamalıdır. Bu qayda onların sağlamlığı üçün təhlükəsiz hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, 9-11-ci sinif şagirdlərin çantasının ağırlığı maksimum 4 kq-a qədər ola bilər. Federal Xidmət üzvləri bildirib ki, ümumiyyətlə, məktəblinin çantasının ağırlığı 4 kq-ı keçməməlidir.

Belə ki, 5 və 6-cı sinif şagirdlərinin çantasının ağırlığı 2,5 kq-a qədər, 7 və 8-ci sinif şagirdlərinin çantasının ağırlığı isə 3,5 kq-a qədər olmalıdır.

Həmçinin yeni qaydalara əsasən, xüsusilə ibtidai sinif şagirdləri üçün dərslik olmadan çantanın çəkisi orta hesabla 700 qramdan, orta sinif üçün isə 1 kiloqramdan çox olmamalıdır.

Mütəxəssislər məsləhət görür ki, valideynlər uşaqlarına çanta seçərkən onun uşağın belinə tam uyğunlaşmasına və çantanın bel kəmərlərinin olmasına fikir versin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ