SON DƏQİQƏ

AU abituriyentlərə 4 yeni ixtisas təklif edir

Tarix:

19-07-2019, 18:20

/ 1 515 dəfə oxundu.
AU abituriyentlərə 4 yeni ixtisas təklif edir

Azərbaycan Universitetində iş dünyasının tələb və öncəlikləri nəzərə alınaraq 4 yeni ixtisas üzrə kadr hazırlığına start verilib.

Universitetdən GunAz.az-a verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün I ixtisas qrupu üzrə istehlak mallarının ekspertizası və marketinqi, II ixtisas qrupu üzrə regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və oteçilik, III ixtisas qrupu üzrə isə filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə də qəbul aparılacaq. Ümumilikdə isə qəbul aparılacaq ixtisasların sayı 16-dır. Bütün ixtisaslara Dövlət Sifarişi ilə qəbul mümkündür.

İstehlak mallarının ekspertizası və marketinqi, regionşünaslıq (Avropa ölkələri üzrə), turizm və otelçilik ixtisaslarının müsabiqəsində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlərlə yanaşı ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər də iştirak edə biləcəklər. İkinci kateqoriyadan olan abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının müsabiqəsində isə yalnız ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər.

Bu ixtisasların tədrisi, karyera perspektivləri o cümlədən Azərbaycan Universitetinin fəaliyyəti haqqında ətraflı məlumat almaq istəyən, universitetin maddi-texniki bazası, auditoriya və laboratoriyalar ilə tanış olmaq istəyən abituriyent və valideynlər (+994 12) 431 41 12 (133) nömrəli telefonla əlaqə saxlayaraq əvvəldən qeydiyyatdan keçməklə “Açıq qapı” günlərində iştirak edə bilər, suallarını universitetin əməkdaşlarına, professor-müəllim heyətinə ünvanlaya bilərlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ