SON DƏQİQƏ

Ərizə qəbulu bu gün başa çatır

Tarix:

11-03-2019, 10:34

/ 10 421 dəfə oxundu.
Ərizə qəbulu bu gün başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.

GunAz.az xəbər verir ki, saat 10.00-a olan məlumata əsasən Azərbaycan bölməsi üzrə 16640, rus bölməsi üzrə isə 462 abituriyent olmaqla, ümumilkdə 17102 abituriyent elektron ərizəsini təsdiq edib. 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər saat 17:00-dək tələb olunan sənədlərlə SQK-ya gəlməlidirlər. Abituriyentlər SQK ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.

Ətraflı məlumatı DİM-in saytından ala bilərsiz. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ