SON DƏQİQƏ
» » Bu uşaqların birinci sinfə qəbulunda qeydiyyata ehtiyac yoxdur

Bu uşaqların birinci sinfə qəbulunda qeydiyyata ehtiyac yoxdur

Tarix:

11-03-2019, 09:55

/ 10 454 dəfə oxundu.
Bu uşaqların birinci sinfə qəbulunda qeydiyyata ehtiyac yoxdur

Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qəbul üçün qeydiyyatına ehtiyac yoxdur.

Bu barədə GunAz.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

“Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur”.

Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat isə martın 13-də başlayacaq.

скачать dle 12.1

Şərhlər