SON DƏQİQƏ
» » “Bütün kollec məzunları universitetlərə qəbul ola bilməyəcək”

“Bütün kollec məzunları universitetlərə qəbul ola bilməyəcək”

Tarix:

5-03-2019, 11:46

/ 10 482 dəfə oxundu.
“Bütün kollec məzunları universitetlərə qəbul ola bilməyəcək”

Kollec məzunlarının ali məktəblərə qəbul olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub. GunAz.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. 

 

O bildirib ki, kollec məzunlarının ali məktəblərə qəbulu 2019-cu ildə həyata keçiriləcək: “Bütün ixtisaslar üzrə kollec məzunları ali məktəblərə qəbul ola bilməyəcək. Yalnız müəyyən ixtisaslar üzrə qəbul aparılacaq. Bu ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Hər kəs yalnız kollecdə bitirdiyi ixtisas üzrə ali məktəbə qəbul ola biləcək, başqa ixtisas seçə bilməyəcək. Bakalavr pilləsində təhsilini yarımçıq qoymuş şəxslər kolleclərə birbaşa qəbul ola biləcəklər. Əsas məsələ qəbulun hansı nəticə ilə həyata keçirilməsidir ki, bu layihədə əksini tapmayıb. Təklif edirəm ki, bu kolleclərdə təhsil alan şəxslərin təhsil aldıqları müddətdə əldə etdikləri qiymətlərin hesablanması qaydası ilə həyata keçirilsin. Yəni bütün qiymətlər cəmlənsin, yekun bal kimi qəbul edilib ixtisas seçiminə buraxılsın. Bundan əlavə, kollec məzunlarının ödənişli ya ödənişsiz təhsil alması da layihədə əks olunmayıb”. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ