SON DƏQİQƏ

Sınaq imtahanına gedənlərin nəzərinə

Tarix:

27-02-2019, 09:57

/ 10 469 dəfə oxundu.
Sınaq imtahanına gedənlərin nəzərinə

Qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı birinci sınaq imtahanlarına qeydiyyat davam edir. 

 

GunAz.az xəbər verir ki, imtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. 

Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir. 

 

Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ