SON DƏQİQƏ
» » Azərbaycan dili və ədəbiyyatının tədrisi dayandırıldı – Gözlənilməz qərar

Azərbaycan dili və ədəbiyyatının tədrisi dayandırıldı – Gözlənilməz qərar

Tarix:

7-02-2019, 17:23

/ 10 448 dəfə oxundu.
Azərbaycan dili və ədəbiyyatının tədrisi dayandırıldı – Gözlənilməz qərar

Urmiya Sənaye Universitetində tələbələrin ardıcıl tələbindən sonra tədrisinə başlanılan Azərbaycan (türk) dili və ədəbiyyatı fənni tədris proqramından çıxarılıb.

Teleqraf.com xəbər verir ki, dərsliklərin tədrisinə İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin icazəsindən sonra başlanmışdı.

Lakin ötən semestrlərdə azərbaycanlı tələbələr arasında böyük rəğbətlə qarşılanan dərsliklər gözlənilmədən universitet rəhbərliyi tərəfindən ləğv olunub.

Dərsliklərin tədris proqramından çıxarılması, tələbələrin etirazına səbəb olub. Universitet rəhbərliyi isə hələlik bu barədə açıqlama verməyib.

Qeyd edək ki, oxşar hadisə keçən ay Binab Universitetində baş vermişdi. Lakin tələbələrin etirazından sonra yenidən universitetdə Azərbaycan dili və ədəbiyyatı fənni bərpa olundu.

скачать dle 12.1

Şərhlər