SON DƏQİQƏ
» » Tələbələrə təqaüd ayıran milyonçularımızla bağlı – Təklif

Tələbələrə təqaüd ayıran milyonçularımızla bağlı – Təklif

Tarix:

31-01-2019, 19:50

/ 10 519 dəfə oxundu.
Tələbələrə təqaüd ayıran milyonçularımızla bağlı – Təklif

Xeyriyyə yönümlü addımları ilə daim gündəmə gələn Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali Holdinq”in rəhbəri Mübariz Mənsimovun fevral ayından Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcəyini bildirməsinə təhsil ekspertləri reaksiya verib.

GunAz.az bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Etibar Əliyev də hesab edir ki, xaricdə təhsil alan tələbələrə təqaüd verən iş adamları DİM-lə birgə işləsə, daha səmərəli olar:

“Bu, çox yüksək və təqdir olunası addımdır və o iş adamları bilməlidirlər ki, biz onların bu addımını yüksək qiymətləndiririk. Çox istərdik ki, onlar bu xoşniyyətli planlarını DİM-lə əlaqələndirsinlər.

“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” dayandırılıb. Yəni dövlət artıq bakalavr səviyyəsində xaricdə təhsil alan tələbələrin təhsilini maliyyələşdirmir. Buna görə də öz hesabına gedən tələbələrimiz var. Onların təhsil haqları və yaşayış xərclərinin ödənilməsini azərbaycanlı milyonçuların öz üzərlərinə götürməsi çox yaxşı təşəbbüsdür. Bundan başqa, bu təşəbbüs xarici qrant və fondların maliyyə vasitəsilə oxuyan tələbələrimizdən fərqli olaraq, onlarda Azərbaycana qarşı məsuliyyət hislərini gücləndirəcək və azərbaycançılıq ideyası çərçivəsində gənclərə verilən dəstək əsasında daha məsuliyyətli olacaqlar.

Xarici qrant və fondlar bizim hansı tələbələrimizi maliyyələşdirirsə, onların məqsədləri var, kadrlar artıq onların kadrları hesab olunur. Bunun mənfi nəticələrini də biz görmüşük. Başqa ölkələrin qrant layihələri hesabına təhsil alanlar haqqında məlumatımız var. Düşünürəm ki, öz iş adamlarımız tərəfindən atılan bu cür addımlar gələcəyə qoyulan kapital olmaqla yanaşı, həm də vətənpərvərlik hissinin geniş mənada təbliğidir”.

Digər təhsil eskperti Kamran Əsədov isə bildirib ki, iş adamları tərəfindən xaricdə oxuyan tələbələrə təqaüd verilməsi konsulluqlarımız vasitəsi ilə mərkəzləşdirilmiş qaydada aparılsa, daha səhih nəticələri olar:

“Xarici ölkələrdə təhsil almağa gedən şəxslərin əksəriyyəti ya DİM-in imtahanlarında iştirak etmirlər, ya da DİM-in imtahanlarında keçərli bal toplaya bilmirlər. Ona görə də ölkədə ali məktəblərə qəbul ola bilmədikləri üçün xarici ölkələrə üz tuturlar. Xarici ölkələrə gedənlərin sayı isə hədsiz dərəcədə çoxdur. Ona görə də xarici ölkələrin hər birində onlara iş adamları tərəfindən təqaüd verilmə prosesini oradakı səfirlik və konsulluqlar tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirmək daha yaxşıdır.

Dünyada məşhur olan təqaüdlərin bir növü də hansısa iri şirkətlər və ya imkanlı şəxslər tərəfindən verilənlərdir. Əlbəttə ki, maddi imkanı aşağı olan tələbələrə özəl qrup və şəxslər tərəfindən təqaüdün verilməsi təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişləndirilməsi baxımından çox müsbət haldır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ