SON DƏQİQƏ

Alternativ dərsliklər olmalıdırmı? - RƏY

Tarix:

28-01-2019, 10:17

/ 10 464 dəfə oxundu.
Alternativ dərsliklər olmalıdırmı? - RƏY

Millət vəkili Sona Əliyeva orta məktəblərdə alternativ dərsliklərin olmasının tərəfdarıdır.

GunAz.az-ın xəbərinə görə, deputat bu məsələdə bəzi həmkarları ilə razılışmır.

O hesab edir ki, orta məktəblərdə alternativ dərsliklərdən istifadə oluna bilər və olunmalıdır.

“Mənim şəxsi fikrim və qənaətim belədir ki, alternativ dərsliklər mütləq olmalıdır. Düzdür, bəzən belə fikirlər səslənir ki, alternativ dərsliklər keyfiyyətli hazırlanmır, özfəaliyyət səviyyəsindədir, xeyli problemlər var. 

Burada həqiqət var, amma bununla belə, alternativ dərsliklər olmalıdır. Bu məsələyə qadağa qoymaq olmaz.

Hesab edirəm ki, bu məsələ hazırda müzakirələrdə olan və ikinci oxunuşa tövsiyə edilən “Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini hansısa formada tapmalıdır”, - deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı bu günlərdə keçirilən iclasında adıçəkilən komitənin sədr müavini, professor Bəxtiyar Əliyev və millət vəkili Kamilə Əliyeva alternativ dərsliklərlə bağlı mənfi fikir sərgiləmişdilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ