SON DƏQİQƏ
» » Bakıda məktəbdə ayaqyolu üçün pul yığılır?

Bakıda məktəbdə ayaqyolu üçün pul yığılır?

Tarix:

14-01-2019, 18:46

/ 10 450 dəfə oxundu.
Bakıda məktəbdə ayaqyolu üçün pul yığılır?

167 saylı tam orta məktəbdə ayaqyolu və ingilis dili otaqları üçün şagirdlərdən pul yığılması ilə bağlı məlumat yayılıb. İddiaya görə, müəllim valideynlərə məktub yollayaraq hər iki otağın təmirinə görə 10 manat (hərəsinə 5 manat olmaqla) məbləğində köməklik etmələrini istəyib. 

Məsələ ilə bağlı 167 saylı tam orta məktəblə əlaqə saxladıq. Direktorla danışmaq istədiyimizi bildirsək də özünü təqdim etmək istəməyən şəxs Oxu.Az- məsələ ilə bağlı heç nə deyə bilməyəcəklərini bildirib:

“Nə direktor, nə də biz bu barədə heç nə bilmirik. Bu barədə rəsmi qurumlardan məlumat əldə edin”.

Öz növbəsində, Bakı Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olarsa bildirilib ki, məktəbdə heç bir tikinti işləri görülmür:

“167 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə heç bir təmir-tikinti işləri aparılmır və yayılmış informasiya əsassızdır. Belə ki, verilmiş informasiyada bəhs olunan məlumatın kim tərəfindən yazıldığı və yayıldığı bildirilmir.

Həmin məlumatın anonimliyi onun qeyri-dəqiqliyini və əsassız olduğunu aydın şəkildə ifadə edir. Xatırladaq ki, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, soyadı, atasının adı, ünvanı və yaxud işlədiyi yer göstərilməlidir. Qanunvericiliyə əsasən, anonim müraciətlərə baxılmır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ