SON DƏQİQƏ

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ

Tarix:

14-01-2019, 13:35

/ 10 465 dəfə oxundu.
Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 3-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən GunAz.az -a verilən məlumata görə, sınaq imtahanında istifadə olunacaq testlər magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə proqramlara tam uyğundur. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq.  

Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 14-ü saat 13:00-dan yanvarın 28-i saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Bu ildən imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.  

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. 

İmtahanla bağlı əlavə məlumat üçün bu linkə keçid edə bilərsiz. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ