SON DƏQİQƏ
» » “İlin ən yaxşı müəllimi”nə vəzifə verildi

“İlin ən yaxşı müəllimi”nə vəzifə verildi

Tarix:

28-12-2018, 19:20

/ 10 551 dəfə oxundu.
“İlin ən yaxşı müəllimi”nə vəzifə verildi

Təhsil naziri Ceyhun Bayramov BŞTİ ilə bağlı daha bir əmr verib.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun GunAz.az-a verdiyi məlumata görə, nazirin bugünkü əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib. 

Qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub.  Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

"İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub.

2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ