SON DƏQİQƏ
» » Milli Təhsil Konsepsiyası ilə bağlı TƏKLİFLƏR...

Milli Təhsil Konsepsiyası ilə bağlı TƏKLİFLƏR...

Tarix:

9-12-2018, 10:14

/ 10 492 dəfə oxundu.
Milli Təhsil Konsepsiyası ilə bağlı TƏKLİFLƏR...

Müəllifdən: Konsepsiya hazırlamaqda əsas məqsədim indi təhsil sistemimizdə yerinə yetirilən islahatlara tənqidi münasibət göstərmək deyil. 20 ilə qədər rəhbərlik etdiyim müxtəlif dövlət qurumlarındakı Elmi Mərkəzlərin diqqət verdiyi bir sahə də təhsil sistemi olub. Eyni zamanda bir elm adamı kimi əsas araşdırma sahəm sosial xarakterli sistemlərin idarə olunması məsələsidir. Elmi-praktik təcrübəm əsasında hazırlanmış bu Konsepsiyadan Təhsil sistemimizdəki böhranlı vəziyyətin ortadan götürülməsi üçün aparılacaq islahatlarda istifadə olunması arzusundayam.
QEYD. Konsepsiya özü daha geniş şəkildə hazırlanmışdır. Oxuculara əsas tezislər təqdim olunur. Konsepsiyaya tam nöqtə qoyulmamışdır. Hər bir müddəa üçün ayrıca Proqram haz;rlanmasına ehtiyac var. Burada mühüm istiqamətlər haqda danışılır. Düşünürəm ki, müzakirələr daha mükəmməl variantın yaranmasına kömək edə bilər. Bu təqdimat müzakirəyə dəvət xarakteri daşıyır.
Milli Təhsil Konsepsiyasının yaradılması zərurəti
və onun mühüm prinsipləri
Məruzə müəllifin təklif etdiyi və dünyanın qabaqcıl elm mərkəzlərinin də dəstəklədiyi ahəngyol nəzəriyyəsi əsasında hazırlanmışdır. Konsepsiya barədə rəy və tkliflərinizi bü elektron poçt vasitəsi ilə çatdıra bilərsiniz: [email protected]
Milli təhsil modelinin yaradılmasının aktuallığı:
> Baş verən qlobollaşma nəticəsində hər bir cəmiyyət günü-gündən daha mürəkkəbləşir və ortaya daha çox məxsusi xüsusiyyətlər qoyur.
> Belə bir vəziyyətdə, başqa ölkənin Təhsil Modelindən hazır şəkildə istifadə etməklə, yamsılamaqla dayanıqlı uğur qazanmaq mümkün deyil.
> Hər bir sosial sistemdə o vaxt intibah başlayır ki, o öz mahiyyətindən doğan inkişaf yolunu müəyyənləşdirə bilir və ona uyğun şəkildə fəaliyyət göstərir.
> Öz təhsil modelimizi dəqiqləşdirmədən başqa modellərdən də səmərəli olaraq bəhrələnə bilmərik. Öz modelimizin özəyi, fundamental prinsipləri müəyyənləşəndən sonra aydın olacaq ki, hansı ölkənin modelinin hansı cəhətindən istifadəyə daha çox ehtiyac vardır.
> Ona görə də, bu gün təhsil sahəsində yeni Azərbaycan modelinin yaradılması bir tarixi, strateji, mənəvi, sosial sifarişdir.
Qeyd. İndi çox tez-tez tanınmış ziyalılarımız çox dəyərli təklifləri ilə başqa ölkələrin təhsil modellərindən istifadə etməyi vacib hesab edirlər. Onların dediklərində böyük həqiqət vardır. Artıq sınanmış metodlardan istifadə etmək faydalı ola bilər. Amma o zaman lazımi uğur qazanıla bilər ki, biz öz təhsil sistemimizi sistem nəzəriyyəsinin tələblərinə uyğun olaraq qura bilək. Ölkəmizin mahiyyətindən doğan, mövcud şəraiti nəzərə ala bilən bir məxsusi Təhsil Sistemimiz olsun. Misal üçün Bolonya Təhsil Sistemindən hazırlıqsız olaraq istifadə etdik. Mənzərə göz qabağındadır. Amma, bu o demək deyil ki, biz öz Milli Təhsil sistemimizi qurmadan başqa ölkələrin təcrübəsindən istifadə edə bilmərik. Bu işlər paralel, qarşılıqlı əlaqədə aparılsa daha yaxşı olar. Aşağıdakı müddəaların həyata keçirilməsində qabaqçıl ölkələrin təcrübəsindən faydalanmaq lazımdır.
Təhsil sistemimiz qarşısında duran əsas hədəf və meyarlar:
Qarşıya qoyulmuş əsas hədəf:
“Dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq”
(“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”)
Qabaqcıl mövqenin əsas meyarları:
> Belə bir mövqeyə çıxmaq üçün ölkə əhalisinin, demoqrafik, iqtisadi, tarixi, mənəvi və s. potensialın xüsusiyyətlərindən, milli müstəqillik imkanlarından irəli gələn məxsusi bir təhsil sistemi yaranmalıdır.
> Bu elə təhsil sistemi olmalıdır ki, ölkəmizin və ümumiyyətlə yer üzünün tərəqqisinə kömək edə biləcək yüksək ixtisaslı, mənəviyyatlı kadrların yetişdirilməsinə kömək etsin.
> Ali məktəb kultu ortadan götürülməlidir. Elə bir təhsil sistemi yaradılmalıdır ki, hər kəs öz qabiliyyətinə, imkanlarına, üstünlük verdiyi dəyərlərə görə özünə peşə seçə bilsin. Bu peşələrin hər biri insanın həyat səviyyəsinin arzu edilən şəkildə qurmasına imkan verməlidir.
> Ölkədə savadsızlıq tamamilə ləğv edilməlidir. Savadsızlıq cəhaləti və kriminal hadisələri çoxaldır. Hər kəs öz peşəsinin tələb etdiyi səviyyədə savada malik olmalıdır.
Qeyd. Tez-tez belə bir fikrə rast gəlirik ki, ölkədə ali məktəblərin sayının çox olması çox yaxşı haldır. Bəli, bu belədir. Amma həqiqi ali məktəblərin. Yəni, ali məktəb təhsili verə bilən ali məktəblərin. Bizim elə ali məktəblərimiz olmalıdır ki, buraya dünyanın hər yanından həqiqi ali təhsil almaq üçün can atan gənclər xeyli çox olsun.
Sosial sistemlərdə tərəqqinin əsas meyarl
Təhsil sistemimiz ölkənin tərəqqisinə o zaman kömək edə bilər ki, bu sistemin fəaliyyəti ölkə əhalisi arasında aşağıdakı keyfiyyətlərin qarşılıqlı əlaqədə inkişafına kömək etsin:
1) əhalinin fiziki sağlamlığı getdikcə daha yaxşılaşmasına;
2)mənəvi zənginliyinin getdikcə yüksəlməsinə;
3) insanlarda əməyə yaradıcı münasibat təlabatının getdikcə artmasına.
> Qurulan təhsil sistemi bu keyfiyyətlərdən birinin belə pisləşməsinə səbəb olursa, bu zərərli təhsil sistemidir!
> Bu prinsiplərlə yetişən yeni nəsl özü də ölkədə, yer üzündə bu keyfiyyətlərin yaxşılaşması üçün fəaliyyət göstərə biləcək biliyə və dəyərlər yönümünə malik olmalıdır.
> İstənilən sosial sistemdə onun əsas alt sistemlərinin(iqtisadiyyat, siyasət, mədəniyyət, ekologiya, demoqrafiya, idarə etmə və s. ) inkişafı bu meyarlara uyğun qurulduqda - yəni onların inkişafı ilə bu 3 amil qarşılıqlı olaraq inkişaf etdikdə həmin sosial sistemin həqiqi tərəqqisindən danışmaq olar.
Milli təhsil sistemi ölkənin, yer üzünün tərəqqisinin mühüm şərtidir.
> Ölkə özü bir sosial sistemdir. Milli təhsil bu sistemin mahiyyətinə, mövcud xüsusiyyətlərinə uyğun olaraq yaranmış, həmin sistemin fəaliyyət potensialını daha çox aça bilən mühüm mexanizmdir.
> Millli təhsil - milli ruhun, milli potensialın oyanmasına, əhatəli hərəkətverici qüvvəyə çevrilməsinə kömək edən əvəzedilməz vasitədir.
> Hər bir insan üçün ən güclü dərman onun öz bədəninin hasil etdiyi enerji olduğu kimi, hər bir xalqın da tərəqqisinə kömək edə bilən ən güclü amil onun mənəvi potensialının hərəkətə gətirilmiş enerjisidir. Təhsil sistemi bu enerjinin hərəkətə gətirilməsi prinsipləri üzərində qurulmalıdır;
> Milli təhsil sistemi bəşəri dəyərlərə uyğun olaraq elə qurulmalıdır ki, həm də bütün yer üzünün tərəqqisinə kömək etsin.
Təhsil sistemimizin qarşısında duran mühüm vəzifələr
> Təhsil sistemində ciddi planlaşdırma mexanizminin qurulması; hər bir ixtisasdan yalnız lazım olan qədər(müəyyən ehtiyatlarla) mütəxəssisin hazırlanması;
> Ölkədəki hər bir insan üçün öz təyinatına, qabiliyyətinə uyğun olan potensialını açmağa imkan verən təhsil sisteminin yaradılması;
> Hər kəsə öz qabiliyyətlərinə uyğun olaraq öz ixtisasını dəyişmək üçün şəraitin yaradılması;
> Bütün əhali arasında, ən uğurlu təhsil, insana öz həqiqi potensialını açmağa imkan verən təhsildir! fikrinin təlqin edilməsi;
> Orta məktəblərdə, xüsusi ilə yuxarı siniflərdə ali məktəblər, onların verdiyi təhsilin mahiyyəti, prespektivləri barədə əhatəli məlumatların verilməsi. Şagirdlərin öz qabiliyyətlərinə uyğun ali təhsilə yönəltmək sahəsində fəaliyyət;
> Ali məktəblərə qəbulun orta məktəbin verdiyi həqiqi qiymətlər əsasında həyata keçirilməsi;
> Təhsilin bütün pillələri üzrə fərqlənən insanlara öz karyeralarını qurmaq üçün üstün kömək;
İndiki təhsil sistemindən arzu olunan təhsil sisteminə keçid zərurəti
İndiki təhsil sisteminin bir sıra çox qüsurlu cəhətləri var:
> Orta məktəblərdə, hər qrupda 10-15 faiz yaxşı oxuyanla yanaşı 85-90 faiz uşağı 11 il danlama, psixi aşağılama, tənqid obyektinə çüvirməklə onlarda şəxsiyyətin normal formalaşması prosesinə ciddi zərbə vurur; Onlar arasında depressiya ya düşənlər, deviant, kriminal davranış yolunu tutanlar çoxalır.
> Yaxşı oxuyan şagirdlərsə indi əzbərçi bir robot kimi yetişdirilir.
> Ali məktəblər hazırladığı mütəxəssislərə nə dərəcədə təlabat olduğunu bilmir. Tələbələr öz sabahları haqda naümüd olduqları üçün oxumaq həvəsləri olmur.
> İndiki vaxta ali məktəblərin verdiyi diplomun əksəriyyəti təhsil haqqının ödəniş qəbzidir. Təhsil müəssisəsi tələbənin potensialını hərəkətə gətirə bilmədiyi üçün həmin gənclər deviant davranışa meyilli olur, öz potensiallarını təhlükəli sahələrdə inkişaf etdirirlər.
> Həqiqi təhsil sistemi hər bir təhsil alanın intellektinin, mənəviyyatının sistemləşməsi, bütöv şəxsiyyətin formalaşdırılması yolunda fəaliyyət göstərməlidir. İndi isə şagirdlərin, tələbələrin beyninə say-hesabsız informasiyaları sistemsiz şəkildə yeridilir, informasiyanı qəbul eləyə bilməyənləri psixoloji sarsıntıya məruz qalır. İntellekdə və mənəviyyatda ahəngdar sistemləşmə baş vermir. Kompleksli şəxsiyyətlər yetişir.
Milli təhsilin diqqət mərkəzində olması vacib olan məsələlər
1. Təhsil alanlarda milli qürur, milli kimlik, vətənpərvərlik hisslərinin humanizm prinsipləri əsasında inkişaf etdirilməsi, yüksəldilməsi;
2. Ölkənin, xalqın tarixinin dərindən öyrənilməsi üçün lazım olan qədər ciddi mütəxəssislərin hazırlanması;
3. Ali məktəbdə təhsil alanların ingilis dilini yüksək səviyyədə bilməsi;
4. Ədəbiyyat, tarix, mənbəşünaslıq və b.k. ixtisaslar üzrə təhsil alanların hər birinə tarixi mənbələri özləri oxuması üçün ingilis dili ilə yanaşı ərəb və fars dillərini də mükəmməl öyrədilməsi;
5. Hələ beşikdən, uşaq baxçasından başlayaraq hər bir körpənin estetik tərbiyəsinin diqqət mərkəzində olması.
Ø Bu işdə öz milli musiqi alətlərimizlə yüksək səviyyədə ifalardan, gözəl mahnılardan, dünyanın musiqi inciləri sayılan əsərlərdən istifadə;
Ø Milli koloritli sənət əsərlərindən və dünyanın məşhur nümunələrindən istifadə;
Ø Milli geyimlərdən istifadə;
6. Uşaq baxçalarından başlayaraq hər bir körpədə intellektin inkişafı, yaradıcılıq vərdişlərinin yaradılması, əməyə yaradıcı münasibat təlabatının artırılması üçün kompleks fəaliyyət.
Təhsil sistemimizdə mütərəqqi vətənpərvərlik hisslərinin aşılanması zərurəti.
> Hər bir təhsi pilləsində yüksək biliklə bərabər mütərəqqi vətənpərvərlik hisslərinin aşılanmasına da böyük ehtiyac vard;r.
> Bu vətənpərvərlik humanist dəyərlərə uyğun, başqa xalqların, ölkələrin hüquqlarına, mədəniyyətinə hörmət, yer üzünün taleyinə qayğı əsasında formalaşmalıdır.
> Vətənpərvərlik hissi təhsil alanlara əlavə, güclü bir stimul verir; hərəkətverici qüvvəyə çevrilir.
> Vətənpərvərlik hissi ölkənin yetirdiyi mütəxəssislərin ömrü boyu bu ölkə üçün faydalı yöndə fəaliyyət göstərməsinə kömək edir. Bu həm hər bir ölkə üçün əhəmiyyətlidir, həm də elə sistem nəzəriyyəsinin tələblərinə də uyğundur.
> Hər bir ölkədəki vətənpərvərlik hissləri onun dövlətçilik atributlarının tələblərinə uyğun olaraq formalaşmalıdır.
> Azərbaycanda vətənpərvərlik hisslərinin tələbləri onun bayrağının rəmzlərində öz əksini tapıb. Bu rəmzlərdən birinə üstünlük verilərək o birilərə etinasızlıq ruhunda böyüməklə vətənpərvər olmaq mükün deyildir.
Milli Təhsil Sisteminin strukturu:
İndi təhsil sahəsində ən mühüm işlərimizdən biri optimal təhsil strukturunun qurulması məsələsidir. Belə bir strukturun qurulmasına aşağıdakı yanaşma xeyli kömək edə bilər. Ən əvvəl ölkənin tərəqqisini xarakterizə edən, yuxarıda haqqında danışdığımız üç komponenti nəzərdən keçirək. Aydındır ki, onların hər biri, sonlu sayda, konkret göstəricilərlə xarakterizə edilə bilər:
> fiziki sağlamlıq” (f1, f2, ……....fα1)
> “mənəvi zənginlik” (m1,m2……..mα2) tərəqqi göstəriciləri
> “əməyə yar. mün. təlabatı” (y1,y2...……...yα3)
Sonra isə ölkənin bir sitem kimi fəaliyyini təşkil edən alt sistemlərin də hər birinin mühüm göstəriciləri üzrə təsvir edək:
> “ətraf mühit” (x1, x2, ........ xn1)
* “əhali” (y1, y2, ........ yn2)
* “mədəniyyət” (z1, z2, ........ zn3) sahələr üzrə göstəricilər
* “iqtisadiyyat”; (k1, k2, ........ kn4)
* “siyasət”; (l1, l2, ........ ... ln5)
* “idarəetmə” (m1, m2, ........mn6)
Qeyd. Aydındır ki, həm bu, həm də yuxarıdakı göstəricilərin hər biri, idarəetmənin tələblərinə uyğun olaraq yeni göstəricilərlə ifadə oluna bilər. Misal üçün, “mədəniyyət” göstəricisi “elm”, “təhsil”, “incəsənət” və s. kimi göstəricilərlə xarakterizə olunur. Onlar isə öz növbəsində daha konkret göstəricilərlə ifadə olunur və s.
Bütün bu göstəricilərin hər birini konkret olaraq ifadə etdikdən sonra ortada ölkənin tərəqqisi üçün mühüm olan bütün göstəricilərin mənzərəsi olacaqdır. Bu göstəricilərin hər biri üzrə yüksək keyfiyyətli mütəxəssislər hazırlanması zəruridir. Hansı göstərici üzrə lazımi sayda yüksək səviyyəli mütəxəssisimiz yoxdursa bura bizim zəif yerimizdir. Ölkəmizdə marağı olan qüvvələr həmin zəif yerlərimizdən istifadə edərək öz fəaliyyətlərini daha fəal şəkildə qura bilərlər.
Qarşıya qoyulan vəzifələrə nail olma yolları
1) Təhsil problemləri ilə dərindən məşğul olan ciddi Elmi Mərkəzlərin yaradılması;
2) Təhsilin bütün sahələrində elmi təminatın ciddi tələb kimi qoyulması;
3) Təhsil sistemində korrupsiya hallarının tamamilə aradan götürülməsi üçün ən ciddi, vacib tədbirlərin görülməsi;
4) Dövlət büdcəsindən ali məktəblərə təhsili lazımi şəkildə qurmaq üçün ehtiyac olan miqdarda vəsait ayrılmalıdır.
5) Müəllimlərin özünü tamamilə təhsil prosesinə həsr etməsi üçün vacib tədbirlərin görülməsi;
6) İbtidai təhsil sahəsinə xüsusi diqqət. Bu sahədəki müəllimlərin xüsusi qabiliyyətlərinə görə seçilməsi, əmək haqlarının daha yüksək olması;
7) Uşaq baxçası şəbəkəsinin daha məzmunlu şəkildə yaradılması;
8) Məktəb-valideyn münasibətlərinin xeyli güclənməsi mexanizminin yaradılması;
9) Ciddi, məzmunlu dərsliklərin yaradılması;
10) Xarici ölkələrin təcrübəsinin müntəzəm olaraq öyrənilib istifadə edilməsi.
Təhsil sistemində orta məktəblərin həlledici rolu
> İndiki vaxtda yeni nəslin yetişdirilməsi sahəsində ailə və cəmiyyətin köməyi 40-50 il bundan qabaqkı qədər deyildir.
> Ailədə də, cəmiyyətdə də ciddi gərginliklər yaranmışdır.
> Sosial şəbəkələr eyni zamanda təhsilə mane törədən bir amil kimi də üzə çıxmışdır.
> Amma yeni nəslin daha keyfiyyətli yetişdirilməsinə təlabat artmışdır.
> Ona görə də məktəbin də qarşısında duran vəzifələr də artmışdır.
> Bu artan vəzifələrə uyğun fəaliyyət olmalıdır.
Orta məktəbin qarşısında duran əsas vəzifələr:
> Məktəblərdə xüsusi mühitin yaradılması. Bu elə bir mühit olmalıdır ki, şagird məktəbdən qaçmağa, dərs buraxmağa yox, məktəbdə olmağa can atsın.
> Sosial iş xidmətinin yaradılması;
> Təhsil işçilərini özlərinə tez-tez belə bir sual verməlidirlər. Nə üçün 100 ildən də artıq bir keçmişdə Qori seminariyası bu qədər dahi insan yetirə bildiyi halda, indiki müasir məktəblər onların etdiyinin kiçik bir hissəsini də edə bilmirlər?
> Uşaq baxçalarından və ailələrdən gələn körpələrə məktəbi ən doğma bir mühit kimi sevdirmək;
> Bu körpələri tez bir zamanda həvəslə təhsil almaları üçün korrektə etmək;
> Məktəb-valideyin münasibətlərini sıx şəkildə qurmaq.
> Şagirdlərin fiziki sağlamlığının, sağlamlıq mədəniyyətinin inkişafı;
> Onların mənəvi zənginliyinin yüksəldilməsi;
> Şagirlərdə yaradıcı əmək vərdişlərini, yaradıcı əməyə təlabatın artırılması;
Orta məktəb həm də bir seleksiya Mərkəzi kimi
> 1-6 siniflərdə hər bir şagirdin yaradıcılıq potensialnı, peşə yönümünü dərindən öyrənmək, onları öz qabiliyyətlərinə, potensialına uyğun peşələrə yiyələnmələri üçün ciddi şəkildə həvəsləndirmək;
> Peşə məktəbləri ilə sıx əlaqədə fəaliyyət göstərmək. Tez-tez şagirdlərin həmin məktəblərdə olmasına şərait yaratmaq.
> Ən istedadlı şagirdlərin könüllü şəkildə xüsusi – daha dərin biliklər verən məktəblərə transfer edilməsi;
> Müxtəlif peşələr üzrə həvəsliləri, könüllü şəkildə yüksək səviyyəli peşə məktəblərinə, xüsusi məktəblərə transfer etmək;
> Məktəbdə qalan şagirdlərin layiqli vətəndaş, müasir tələblərə cavab verən, savadlı bir gənc kimi yetişmələri üçün ciddi fəaliyyət.
Qeyd. Peşə məktəbləri ən qabaqçıl ölkələrdəki bu tip məktəblər səviyyəsində qurulmalıdır. Oraya transfer olan şagir oraya həvəslə, fəxrlə, böyük ümidlə getməlidir, daha indiki kimi aşağılıq kompleksi ilə yox.
Ali məktəblər
> İndi ali məktəblərdə sosial iş xeyli güclənməlidir.
> Ali məktəblərə yalnız öz xüsusi istedadı ilə seçilənlər daxil olmalıdır;
> İndiki vaaxtda hər bir ali məktəbdə “İstedadlı Tələbələr Klubu” yaradılmalıdır.
> O kluba düşmək uğrunda yarış getməlidir. O klublar eyni zamanda dövlət büdcəsindən xüsusi maliyyələşməlidir.
> Istedalı tələbələrə xüsusi qayğı olmalı, onlar xarici dil, fəlsəfə, mənəviyyat məsələləri ilə bağlı və s. əlavə bilik vermək, daha məsul fəaliyyətə hazırlamaq lazımdır.
> Tələbələri təhsilə daha da həvəsləndirmək üçün universitet daxili stimul sistemi hazırlanmalıdır. Buraya kiçik qrantlar, təhsil xərcinin müəyyən hissəsindən azad etmə, valideynə təşəkkür məktubu, müxtəlif sertifikatlar və s. aid ola bilər.
> Tələbələrin başqa ölkələrdəki qabaqcıl ali məktəblərdəki təhsil sistemi, orada təhsil alanlar barədə ətraflı məlumatı olmalıdır:
> Başqa ölkələrin ali məktəblərinə ezamiyyətlər təşkil edilməlidir;
> Gələcək potensial iş yerləri ilə əlaqələr xeyli artmalıdır;
> Ali məktəblərin fəaliyyəti dünyanın ən qabaqcıl ali məktəblərinin standartlarına uyğun olaraq qurulmalıdır.
Təhsil müəssisələrinin idarə olunması prinsipləri
> Təhsil müəssisəsi ancaq öz təyinatına uyğun olaraq idarə olunmalıdır. Yəni, ilk növbədə daha keyfiyyətli təhsil verməlidir. Biznes, maddi maraqlar yalnız köməkçi rol oynaya bilər.
> Təhsil müəssisəsinə yalnız təhsil sahəsində son dövrdə 5 ildən az stajı olmayan insan rəhbərlik edə bilər.
> Təhsil müəssisəsi “daha çox informasiya yükləmək” yox, “daha çox bilik vermək” prinsipi ilə idarə olunmalıdır. Əzbərlədilən informasiyalar yox, öyrədilən bacarıqlar təhsil müəssisəsinin əsas göstərici olmalıdır.
> Şagirdin intellekti elə formalaşmalıdır ki, onun zəkası özü lazım informasiyaları axtarıb tapa bisin. Burada qədimlərdə uzun illərin Şərq Məktəbi Ustad məktəbi modeli çox faydalı ola bilər.
> İdarəetmə ancaq struktur-funksional prinsiplə həyata keçirilməlidir. Yəni, struktura aludə olub funksiyanı, funksiyaya aludə olub strukturu yaddan çıxarmaq olmaz. Struktur və funksiya daima ahəngdar şəkildə əlaqələndirilməlidir.
> Təhsil müəsissəsində idarə etmə rəhbərlik, müəllimlər, təhsil alanlar və digər işçilər arasında ahəng prinsipi ilə həyata keçirilməlidir.
Təhsil müəssisəsində ahəng prinsipinin şərtləri
> Təhsil müəsissəsində rəhbərlik, müəllimlər, təhsil alanlar və digər işçilər arasında ahəngin olması üçün onlar arasında öz şəxsi maraqlarından daha üstün ümumi bir məqsəd olmalıdır. Məqsəd haqda əvvəl danışdıq.
> İstər təhsil müəssisəsinin rəhbərinin, istər müəllimlərin, istərsə də təhsil alanların qarşıya qoyulan məqsədə çatması üçün resursları olmalı və onlar birlikdə bütöv sistem əmələ gətirməlidir. Çatışmayan resursları imkan daxilində tez bir zamanda əldə etmək lazımdır. Rəhbərin əsas resursu onun təhsilin təşkili sahəsində təcrübəsi, bilik səviyyəsi, sağlamlığı, davranış forması və s. dir. Müəllimin əsas resursu onun biliyi, pedoqoji təcrübəsi, tədris etmə qabiliyyəti və s. dir. Tələbənin resursu onun bilik səviyyəsi, təhsilə olan marağı, təhsil almaq imkanları və s. dir.
> Ümumi məqsədə çatmaq üçün hər bir tərəf o biri tərəfdən tələb etmək hüququna malik olmalıdır. Hər bir təhsil müəssisəsində bu hüquqlardan təmkinlə, mədəni şəkildə istifadə etmək mexanizmi olmalıdır.
> Hər bir tərəfin fəaliyyəti o biri tərəflərin fəaliyyətini ümumi məqsəd yolunda daha da fəallaşdırmalıdır.
Hazırlayan: Əhməd Qəşəmoğlu
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ