SON DƏQİQƏ

DİM-dən XARİCİ DİL XƏBƏRDARLIĞI

Tarix:

27-11-2018, 12:54

/ 10 505 dəfə oxundu.
DİM-dən XARİCİ DİL XƏBƏRDARLIĞI

Dövlət İmtahan Mərkəzi ümumi təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərə xəbərdarlıq edib.

DİM-dən GunAz.az -a verilən məlumata görə, xəbərdarlıq iki xarici dil tədris olunan məktəblilərlə əlaqədardır.

Belə ki, məktəbdə şagirdlərə iki xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan (bundan sonra əsas) xarici dil fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

Lakin I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən XI sinfi cari ildə bitirən abituriyentlər məktəbdə tədris olunan ikinci xarici dil (və ya məktəbdə tədris olunmayan başqa bir xarici dil) fənnindən əlavə imtahan vermək və qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı ikinci xarici dil fənni üzrə imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, həmin abituriyentlərə ikinci xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq.

Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılacaq, ikinci xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınacaq.

V qrup üzrə ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsi zamanı isə abituriyentlərin (cari ilin məzunları) buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal nəzərə alınacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ