SON DƏQİQƏ
» » Müəllimlərin işə qəbul nəticələri açıqlandı

Müəllimlərin işə qəbul nəticələri açıqlandı

Tarix:

15-10-2018, 19:49

/ 10 489 dəfə oxundu.
Müəllimlərin işə qəbul nəticələri açıqlandı

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Nazirlikdən GunAz.az-a bildirilib ki, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb.Müəllim adını qazanmış şəxslər oktyabrın 17-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ