SON DƏQİQƏ
» » Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması

Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması

Tarix:

9-10-2018, 20:15

/ 10 591 dəfə oxundu.
Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması

 

 

9-11 oktyabr tarixlərində Bakı Biznes Universitetinində koordinatoru-rəhbəri olduğu Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Azərbaycan Universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi adlı Erasmus+ layihəsi iştirakçılarının növbəti toplantısı keçirilir. Görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihədə tərəfdaş olan Azərbaycan Universitetlərinin hazırladığı Özünü Dəyərləndirmə hesabatlarının təhlili, Azərbaycan universitetlərində Keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi, yekun hesabatların hazırlanmasıdır.

Eyni zamanda 9 Oktyabr tarixində Avropanın 5 universiteti o cümlədən, İspaniyanın Alikante Universiteti, İngiltərənin Middlesex universiteti, Litvanın SMK Tətbiqi Elmlər Universiteti və EKT Akkreditasiya Təşkilatı, İsveçdən KHT Kral Texnologiya İnstitutu və Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərin nümayəndələrinin iştirakı ilə layihənin geniş miqyaslı Məlumatlandırılma Günü keçirilmişdir. Tədbirdə Bakı Biznes Universiteti tərəfindən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və İnkişafı” (EQAC) layihəsi haqqında ətraflı məlumat verilmiş, həmçinin Avropa expertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Grant proqramlarında iştiraklarının lazımı səviyyədə olmaması, bu sahədə olan problemlər və bunların həlli yolları müzakirə olunmuşdur. Avropa universitetləri ilə layihələr ətrafında fikir mübadiləsi aparılmış, universitetlərdə yeni layihə komandalarının yaradılması barədə təkliflər irəli sürülmüş, təqdim olunan layihələrin sayının artırılması və Avropa universitetləri tərəfindən yazılan layihələrdə Azərbaycan universitetlərinin iştirakının təmin olunması məsələləri müzakirə edilmişdir.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ