SON DƏQİQƏ

Təhsilimizə niyə zərbə vururlar?-ŞİKAYƏT

Tarix:

30-09-2018, 16:03

/ 10 839 dəfə oxundu.
Təhsilimizə niyə zərbə vururlar?-ŞİKAYƏT

Bu günlərdə redaksiyamıza Göytəpə şəhəri 1 saylı orta məktəbindən ünvanlanan bir məktubda məktəbin direktoru Zaur Əkbərovdan şikayətçidirlər.

Dövlət başçımızın, Heydər Əliyev Fondunun bğlgələrdə müasir məktəblərin tikilib xalqa verməsi buna bir sübutdur ki, təhsilimizin inkişafı dövlətimiz, gələcəyimiz üçün nə qədər vacibdir. Amma bəzi yerli icraçılar öz mənafelərini dövlətimizin inkişafından üstün tuturlar.

Təhsil Nazirinə ünvanlanmış bir şikayət də bu mövzüdadır.

 

Hörmətli Cənab Nazir.

Sizə məlum edirəm ki, Cəlilabad rayonu Göytəpə şəhəri 1 saylı orta məktəbin direktoru mənə aid olan tarix fəndindən 2 il tədris etdiyim sinifi məndən alıb şəxsi mənfəətlərinə görə digər yoldaşlıq (dostluq etdiyi) müəllimlərə verir. Özünün davamlı varislik prinsipi cümləsini yadına saldıqda isə “Mənim keyfim belə istəyir kimə deyirsiniz deyin” deyir. Haqqını tələb edən müəllimləri işdən çıxarmaqla hədələyir. Hansı qanuna əsasən soruşduqda, “əmək məcəlləsinə əsasən” deyir. Hörmətli Cənab Nazir hansı əmək məcəlləsində haqqını tələb edən Azərbaycan vətəndaşını, müəllimi işdən qovmaq göstərilib? Nəzərinizə çatdırıram ki, Dövlət Pedaqoji Universiteti bitirib rayona təyinatla gəlmişəm, 20 illlik pedaqoji stajım var. Məktəbimiz üzrə diaqnostik qiymətləndirmədə ixtisasımdan 100% nəticə əldə etmişəm. Bu bir növ savadlı müəllimlərin savadlı şakird yetişdirməsinin qarşısını almaq deməkdir. Yeni təyin edilmiş məktəb direktoru Zaur Ələkbərov idarəetmədə təcrübəsizdir, müəllimləri dinləməkdən çox, susdurmağı özünə vəzifə bilir. Vəzifədən sui istifadə etməklə müəllimləri incidir, “ərkyana” təhqir edir. Şagirdlərin kütləvi savadsızlığa planlı şəkildə aparılmasında günahı Sizdən görmək ən azı ədalətsizlikdir. Lakin, bu hal bizim məktəbdə mövcuddur. Biz də bu özbaşnalığın təsirinə məruzuq. Bütün bu qeyd etdiklərimi aradan qaldırmaq Sizin üçün çətin iş deyil.

Hörmətli Cənab Nazir!

Sizdən xahiş edirəm sinifimi geri qaytarmaqda mənə kömək edəsiniz.

Təki bu Sizin istəyinizdə olsun.

Ümüdvaram ki Sizin haqq təsiriniz tezliklə bizim məktəbə gələcək və biz inanırıq ki, haqq-ədalət öz yerini tutacaq.

 

Hörmətlə Sizin bütün göstərişlərinizi daim əsas tutan

Göytəpə şəhər 1 saylı orta məktəbin tarix müəllimi

Əliyeva İlhamə Mirzəhəsən qızı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ