SON DƏQİQƏ
» » Kollecə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Kollecə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Tarix:

12-09-2018, 11:37

/ 10 359 dəfə oxundu.
Kollecə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən GunAz.az -a verilən məlumata görə, ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ