Magistraturaya qəbul nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri bu gün saat 14:00-dan Dövlət İmtahan Mərkəzinin internet saytında (https://eservices.dim.gov.az/netmag4/?frm=egov ) yerləşdirilib.

DİM-dən GunAz.az -a verilən məlumata görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 15-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Magistraturanın boş qalan 2533 plan yerinin müsabiqəsində iştirak etmək üçün 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]