SON DƏQİQƏ

Bu qruplar iyulun 26-da imtahan verəcək

Tarix:

19-07-2018, 11:55

/ 10 425 dəfə oxundu.
Bu qruplar iyulun 26-da imtahan verəcək

İyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Bu barədə GunAz.az -a Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat xidmətindən məlumat verilib.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ