SON DƏQİQƏ
» » Müəllimlərin işə qəbul imtahanının vaxtı AÇIQLANDI

Müəllimlərin işə qəbul imtahanının vaxtı AÇIQLANDI

Tarix:

29-06-2018, 11:42

/ 10 568 dəfə oxundu.
Müəllimlərin işə qəbul imtahanının vaxtı AÇIQLANDI

Müəllimlərin işə qəbulu imtahanları iyulun 16-dan etibarən başlanılacaq və prosesin avqustun 1-ə qədər qədər bitməsi planlaşdırılır.

GunAz.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. 

O bildirib ki, hər il müəllimlərin işə qəbulunda müraciətlərin sayı artır, bu da cəmiyyətdə müəllim nüfuzunun artması ilə əlaqədardır: "İyul ayının 2-dən 8-dək ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə miq.edu.az saytında sənədlərin qəbuluna başlanılacaq. Elektron ərizələrin qəbulu zamanı müəllimlərin ərizələrində qeyd etdikləri məqamlar yoxlanılacaq. İyulun 8-də artıq müsabiqənin birinci mərhələsi yekunlaşacaq. İkinci mərhələdə test imtahanları keçiriləcək. Namizədlərə 60 test tapşırığı verilir. Tapşırıqların 40-ı müəllimin müraciət etdiyi fənn, 10-u metodika, 10-u isə məntiqə aiddir. İmtahanlar Texniki Universitetin idman zalında keçiriləcək. Üçüncü mərhələdə artıq namizədlərin vakansiya seçimi olacaq. Bu mərhələdə avqustun əvvəlində başlaylıb, bitməsi nəzərdə tutulur".

Qurum rəsmisi qeyd edib ki, vakansiya seçimi başa çatdıqdan sonra namizədlərin öz seçdikləri yerlərə yerləşdirmə prosesi olacaq. Bu zaman bal prinsipi əsas götürələcək. 

"Namizədlər daha çox seçilən yerlərə müraciət edirlər, bəzən yüksək bal toplayanlar da işə qəbul oluna bilmirlər. Namizədlər ballarını nəzərə alıb, istədikləri yeri deyil, ballarına uyğun yerləri seçsinlər. Həmçinin işləmədikləri yerləri də yazmasınlar və bu da həmin yeri istəyən namizədin qarşısı alınır”. 

M.Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu prosesində köklü dəyişiklik yoxdur.

"Hazırda vakansiyaların toplanması prosesi gedir. Vakansiyaların toplanması zamanı kvota müəyyən etmirik. Harada zəruri ehtiyac varsa, o yerlərə vakansiya çıxarılır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ