SON DƏQİQƏ
» » Türkdilli ölkələrin şagirdləri üçün yeni ortaq dərsliklər hazırlanır

Türkdilli ölkələrin şagirdləri üçün yeni ortaq dərsliklər hazırlanır

Tarix:

29-06-2018, 08:00

/ 10 433 dəfə oxundu.
Türkdilli ölkələrin şagirdləri üçün yeni ortaq dərsliklər hazırlanır

Artıq bu ildən etibarən Azərbaycan, Türkiyə və Qazaxıstanın orta məktəblərində "Ortaq türk tarixi" fənni seçməli dərs kimi tədris ediləcək.

Gunaz.az Trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Keşikbayev deyib.

O qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının təlimatları çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin orta məktəb şagirdləri üçün "Ortaq türk tarixi" dərsliyinin proqram və layihəsi hazırlanıb.

A.Keşikbayev bildirib ki, Beynəlxalq Türk Akademiyası hazırda XV-XXI əsrləri əhatə edən "Ortaq türk tarixi" dərsliyinin konsepsiya və proqramını hazırlayır:

"Eyni zamanda, "Ortaq türk ədəbiyyatı", "Ortaq türk coğrafiyası", "Atalar mirası" dərslik layihələri ilə bağlı işlər davam etdirilir. "Atalar mirası" ensiklopediyası artıq onlayn rejimdə işlək vəziyyətdədir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ