SON DƏQİQƏ
» » Heydər Əliyev: “Bakı Slavyan Universitetinin tələbələri bu xalqın qaymağıdır”

Heydər Əliyev: “Bakı Slavyan Universitetinin tələbələri bu xalqın qaymağıdır”

Tarix:

14-06-2018, 22:27

/ 11 024 dəfə oxundu.
Heydər Əliyev: “Bakı Slavyan Universitetinin tələbələri bu xalqın qaymağıdır”

Azərbaycanın bu gün bu qədər inkişaf etməsinin əsas faktorlarında biri də onun gənc, savadlı kadrlarıdır. Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Cumhuriyyəti qurulduqdan sadəcə bir il sonra, 1919-cu ildə Azərbaycanda ilk universitet olan Azərbaycan universiteti yaradıldı. Bu universitetin yaranması ilə Azərbaycan öz təhsil sisteminin əsasını qoydu. Daha sonra ölkəmiz inkişaf etdikcə insanların ali təhsil istəyi digər universitetlərin də tədricən yaranmağına səbəb oldu. 1946-cı ildə bu universitetlərdən biri indiki Bakı Slavyan Universiteti o vaxtki M.F.Axundov adına iki illik Azərbaycan Dövlət Müəllimlər Universiteti yaradıldı. Daha sonra zaman keçdikcə universitet artıq Rus dili müəllimlərini yetişdirməyə başladı. Umumillilider Heydər Əliyevin də bu universitet haqqında fikirləri müsbət olmuşdur. O bu universitetlə bağlı aşağıdakı fikirləri söyləmişdir.

“Bu universitetin nümayəndələri millətimizin qaymağıdır. Rus dilinin Azərbaycan gənclərinə öyrədilməsində, Azərbaycan məktəblərində rus dili və ədəbiyyatı müəllimlərinin hazırlanmasında bir deyil, bir neçə on il fəaliyyət göstərmiş insanlardır. Bu universitetin böyük gələcəyi, böyük perspektivi var… Bu universitetə çox böyük ümidlər bəsləyirik…”

Bəli belə də oldu. Heydər Əliyevin böyük umid bəslədiyi bu universitet 2000-ci ildən Bakı Slavyan Universiteti kimi fəaliyyətə başladı. Bütün Slavyan dövlətlərini özündə cəmləşdirən bu universitet bu gün dünyanın qabaqcıl universitetlərindən biridir. Bu uğur boşuna qazanılmayıb. Azərbaycanda universitetlərdə şəffaflığın təmin olunması üçün Avropa dövlətlərinin təhsil sistemi olan balonya sisteminin Azərbaycan təhsilində istifadə olunmağına başlar-başlamaz Bakı Slavyan Universiteti də bu sistemlə tələbələrinə bilik tədris etməyə başladı. Bakı Slavyan Universitetinin ilk rektoru Aleksey Spiridonoviç Loginovun təməlini qoyduğu rektorluq siyasətini 2016-cı ildən bəri Əliyeva Nurlana xanım layiqincə davam etdirir. Universitetdə təhsil siyasəti yüksək səviyyədə aparılır. Balonya sisteminin bütün tələblərinə tam riayət olunur. İstər smestr müddətində istərsə də sesiya imtahanları zamanı tələbənin hüquqları tam qorunur, şəffaflıq tam təmin olunur. İmtahanlar ərəfəsində universitetdə apelyasiya şöbəsi yaradılır ki, bu da tələbələrin imtahanla bağlı iradlarını nəzərə alaraq mümkün qədər məsələləri haqq yolu ilə tələbələrin xeyrinə həll edir. İmtahan zallarında kameraların quraşdırılması tələbələrin rahat şəkildə bilik və bacarıqlarını sərbəst şəkildə ortaya qoymağa şərait yaradır. İmtahan prosesi bu kameralar vasitəsi ilə tam nəzarətdə saxlanılır. Başda Nurlana xanım olmaqla fakultə dekanlarının, müəllimlərinin birlikdə iş əzmi nəticəsində bu gün Bakı Slavyan Universiteti istər Azərbaycan universitetləri arasında istərsə də dünya universitetləri arasında öz qabaqcıl mövqeyini qoruyub saxlayır. Umumillilider Heydər Əliyevin dediyi kimi biz bu universitetə çox ümid bəsləyirik və inanırıq ki, indi olduğu kimi günü-gündən inkişaf edən bu universitet dünya universitetləri reytinqində qabaqcıl mövqelərə sahib olacaq.

Mən birlik və bərabərliyin qorunduğu, tələbə hüquqlarının və tələblərinin, yüksək təhsil keyfiyyətinin olduğu belə bir universitetdə təhsil aldığım üçün fəxr edirəm!

Fəridə Qafarova

скачать dle 12.1

Şərhlər