SON DƏQİQƏ

Bu gün sonuncu sınaq imtahanı keçirilir

Tarix:

10-06-2018, 10:18

/ 10 466 dəfə oxundu.
Bu gün sonuncu sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 12 şəhər və rayonda sonuncu sınaq imtahanları keçirir.

DİM-dən Gunaz.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmazda, ümumilikdə 26 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 5252 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ