SON DƏQİQƏ
» » Məktəbdə “5” alanlar nə üçün universitetə qəbul ola bilmir? - Ekspertdən İNANILMAZ SÖZLƏR

Məktəbdə “5” alanlar nə üçün universitetə qəbul ola bilmir? - Ekspertdən İNANILMAZ SÖZLƏR

Tarix:

15-05-2018, 13:39

/ 10 700 dəfə oxundu.
Məktəbdə “5” alanlar nə üçün universitetə qəbul ola bilmir? - Ekspertdən İNANILMAZ SÖZLƏR

“5” qiymətlə bitirən məzunların yalnız 49.97%-i ötən il attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7%-i 200-dən az bal toplayıb.

Bu məqamlar Dövlət İmtahan Mərkəzi tərəfindən ötən ilin qəbul nəticələri ilə bağlı nəşr edilən “Abituriyent” jurnalının 12-ci sayında qeyd olunub. Açıqlanan bu rəqəmlər orta məktəblərdəki təhsil sisteminin keyfiyyəti ilə bağlı suallar yaradır.

DİM tərəfindən açıqlanan bu rəqəmlərlə bağlı təhsil eksperti Kamran Əsədov Publika.az-ın suallarını cavablandırıb.

Gunaz.az gündəmdə olan bu müsahibəni təqdim edir:

- Kamran müəllim, ötən ilin qəbul imtahanlarının bəzi statistik rəqəmləri açıqlanıb. Məlum olur ki, orta məktəbdə “5” alanlar, ali məktəb imtahanında eyni nəticəni göstərə bilmir. Sizcə, nəyə görə belədir?

- Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent” jurnalının son sayı ilə tanışam. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdlərinin qiymətləndirilməsi ilə bağlı ortaya qoyulan statistika reallığı əks etdirmir. Dövlət İmtahan Mərkəzi şagirdlərin 6-cı sinifdə əldə etdiyi bilik və bacarıqları 5 ildən sonra yoxlayır. Orta məktəbdə isə şagirdlərin qiymətləndirilməsi gündəlik dərs prosesinə görədir. Məsələn, qəbul imtahanındakı tarix fənnini təhlil edək. Məktəb illərində Azərbaycan tarixi, ümumi tarix və Konstitusiya daxil olmaqla 13 kitab tədris edilir. İmtahanda isə abituriyent 13 kitabdan 25 suala cavab verir, bəlkə də, şagirdin qiymət aldığı mövzu heç suallar arasında deyil. Orta məktəblərdə şagirdlərin qiymətləndirilməsi zamanı həm onun sinifdəki digər şagirdlərlə müqayisədə dərsə verdiyi cavab, həm davamiyyəti, həm də tərbiyəsi nəzərə alınır. Təhsil prosesində şagirdin qiymətləndirilməsi ilə qəbul imtahanında abituriyentin qiymətləndirilmə meyarları eyni deyil. Ali məktəbə qəbulda toplanan yüksək bal repititor hazırlığının nəticəsidir, çünki orta məktəbin biliyi ilə ali məktəbə qəbul olmaq mümkün deyil. Orta ümumtəhsil müəssisələrində qiymətləndirmə zamanı şişirdilmə var, bu, hər zaman olub və olacaq da. Şagirdlərin biliyi sinifdə birinin digəri ilə müqayisəsi əsasında və 5 ballıq şkala ilə qiymətləndirilir. Hər gün dərsə gəlib və zəif nəticə göstərənlə, tez-tez dərsdən yayınan şagirdin hər ikisinə “3” qiymət verilməsi doğru deyil. Yəni orta məktəb qiymətləndirməsini, Dövlət İmtahan Mərkəzinin nəticələri ilə müqayisə etmək doğru olmaz. Bu, həm də təhsilə olan inamı aşağı salır. Təəssüf ki, Təhsil Nazirliyi bu açıqlamalara münasibət bildirmir. Onlar da qəbul imtahanlarının hansı kompetensiyalar əsasında keçirilməsini, imtahanlarda istifadə edilən sualların tədris proqramında olub-olmadığını Dövlət İmtahan Mərkəzinə sual etməlidir. Təəssüf ki, heç Təhsil Nazirliyi bu məsələyə yüz faizlik şkalada heç iki faiz cavab verə bilmir.

- Sizcə, nə üçün Təhsil Nazirliyi cavab vermir. Hər il Dövlət İmtahan Mərkəzi bu cür nəticələri açıqlayanda biz də nazirliyə sorğu yönləndiririk, ya da nazirlik özü məlumat yayır. Lakin cavablar sadəcə təhsildəki uğurlar və bir neçə cümlə ilə yekunlaşır, əsaslandırılımış fikir olmur. Ya da dediyiniz kimi, qəbul imtahanlarının keçirilməsi ilə bir araşdırma aparılmır.

- Təəssüf ki, Təhsil Nazirliyinin bütün əməkdaşlarının qəbul imtahanlarından xəbəri yoxdur. Onların qəbul imtahanındakı qiymətləndirmə meyarlarından və mövzulardan xəbərləri olmadığı üçün bu məsələyə münasibət bildirmirlər. İctimaiyyət də elə düşünür ki, təhsil ölür. Lakin onlar cavab verməlidirlər ki, orta ümumtəhsil müəssisəsinin vəzifəsi heç də ali məktəbə hazırlaşan kadr yetişdirmək deyil. Məqsəd şəxsiyyət yetişdirilməsidir. Qəbul imtahanlarında yüksək və ya aşağı balı orta məktəb qiymətləri ilə müqayisə etmək doğru deyil. Dövlət İmtahan Mərkəzi bu məlumatları yayırsa, keçirdiyi imtahanda yüksək nəticə göstərənlərin magistraturaya qəbul, eləcə də əmək bazarında göstərdiyi nəticəni də təhlil etməlidir. Orta məktəbdə beş qiyməti almaq qəbul imtahanında maksimum nəticə göstərmək anlamına gəlmir. Orta məktəbdə qiymətləndirmə dediyimiz kimi, gündəlik tədris prosesində şagirdin iştirakına görə keçirilir. Təəssüf ki, Təhsil Nazirliyi bu sadə düsturu ortaya qoya bilmir.

Məktəbdə “5” alanlar nə üçün universitetə qəbul ola bilmir? - Ekspertdən İNANILMAZ SÖZLƏR

 

 

- Yeni təhsil proqramı kurikulumun tətbiqindən sonra kiçik və böyük summativ qiymətləndirmələr tətbiq edilir. Bu, şagirdin gündəlik yox, bölmələr üzrə biliyinin qiymətləndirilməsinə imkan verir. Bəlkə də, bu prosesi daha da genişləndirərək, orta məktəbdəki qiymətlərlə qəbul imtahan nəticələrini yaxınlaşdırmaq mümkün olar...

- Sinifdəki bütün şagirdin hər mövzu üzrə qiymətləndirilməsi mümkün deyil. Kiçik və böyük summativ qiymətləndirmə bu problemi aradan qaldırır. Bu qiymətləndirmələrin nəticələrinin toplanaraq ali məktəbə qəbul imtahanına iştirakda nəzərə alınmasını təklif etmişəm. Bu zaman orta təhsil pilləsində ümumilikdə müəyyən bal toplayanlar ali məktəblərin qəbul imtahanına buraxıla bilər. Lazımi balı olmayanlar isə orta ümumtəhsil müəssisələrinə müsabiqədə iştirak edə bilərlər. Hesab edirəm ki, bu yeniliyi tətbiq etmək lazımdır, nəinki heç bir elmi əsası olmayan, praktiki təcrübədən keçməyən qəbul imtahanı nəticəsini, orta məktəb qiymətləri ilə müqayisə etmək. Bu, heç də yaxşı hal deyil.

- Ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7 faizi 200-dən az bal toplayıb. Bu barədə nə deyə bilərsiniz?

- 1992-ci ildə də 150 balla ali məktəbə daxil olmaq mümkün idi, 2018-ci ildə də. Bu, onu göstərir ki, bu tip qəbul imtahanı özünü doğrultmur. Abituriyentlərdə “200 bal toplayıb hər hansı ali məktəbə daxil olacam” düşüncəsi var. Təəssüf ki, bu prinsip təhsilə yanaşmanı dəyişib. Hər il ali məktəbə imtahan verənlərin 50 faizi keçid balını toplaya bilmir. Bu həmin abituriyentlərin qəbul prosesinə hazırlıqsız olduğunu göstərir. Ya da onlar psixoloji baxımdan hazır olmurlar. Təbii ki, ümumilikdə nəticə yaxşı deyil. Bu cür qəbul imtahanı çox az ölkələrdə tətbiq edilir, formatda müəyyən qədər fərq olur. Məsələn, Türkiyədə bizimlə müqayisədə orta məktəbi bitirənlərin az bir qismi ali məktəbə daxil olur. Bu gün Azərbaycanda qəbul imtahanında iştirak edənlərin 50 faizinin nəticəsinin uğursuz olması təhsilə yanaşmanın yanlış olduğunu göstərir. Orta məktəblərə qəbul imtahanlarına praktik olaraq hazırlaşmaq üçün əlavə imkanlar vermək lazımdır. Bu nəzərdə tutulmadığına görə orta məktəbi bitirənlərin ali məktəbə qəbul nəticələri xoşagələn olmur.

- Ötən ilin nəticələrinin təhlilində göstərilib ki, özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəriciləri dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağıdır. Dünyada özəl ali məktəblərin daha yüksək təhsil verməsi düşüncəsi var. Bizdə deyəsən əksinədir...

- Ali məktəblərə qəbul olmaq istəyənlərin ixtisas seçimində 15 yerdən ilk 5-10-nu dövlət ali məktəbləri tutur ki, bu da psixoloji məsələdir. Təəssüf ki, son illər ərzində özəl ali təhsil müəssisələrinin bağlanması, verdikləri təhsilin aşağı olması, diplomları və maddi məsələlərlə bağlı yaşanan problemlər insanlarda inamsızlıq yaradır. Son 10 ildə 6-7 özəl ali məktəb bağlanıb, orada təhsil alan tələbələr bir müddət ortada qalıb. Təfəkkür universitetinin taleyi hələ də sual altındadır, Qafqaz Universiteti ilə bağlı ciddi problemlər yaşandı. Abituriyentlərin hətta az bal toplayanda belə özəl ali məktəbi seçməkdə tərəddüd etməsi orada gələcəyə olan ümidsizliklə bağlıdır. Dünyada özəl universitetlər reytinqdə birincidir, bizdə isə əksinə. Çünki bizdə özəl ali məktəblərin yeganə məqsədi kommersiyadır. Dövlət ali təhsil müəssisələrində isə dotasiya ilə fəaliyyət göstərdiyindən onlarda bu problem olmur. Nə qədər ki, özəl ali məktəb rəhbərləri onlara univermaq kimi yanaşacaqlar və təhsil haqqı yüksək olacaq, müraciətlər də bir o qədər az olacaq. Bəzi özəl ali məktəblərdə bəzi ixtisaslara illik ödəniş beş min manatdır. Eyni ixtisasa ödəniş digər ali məktəblərdə iki min manatdır.

Nəticədə də, bəzilərində plan yeri 10-20 faiz dolur.

- Ümumilikdə özəl ali məktəblərin plan yerini doldurması 50-60 faizdən çox olmur. Bu da müsbət imic formalaşdıra, tələbələrin gələcəyinə zəmanət verə bilməmələri ilə əlaqədardır. Bir çox özəl ali məktəblər növbəti tədris ilində fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı problem yaşayırlar. Dəfələrlə olub ki, tələbələr bir ali məktəbə qəbul olublar, bağlandığına görə bir neçə ali məktəbə keçiriliblər. Təhsil Nazirliyi tərəfindən tələbənin qəbul olduğu ali məktəbdə təhsilini başa vuracağı ilə bağlı zəmanət verilməli, tələbənin hüquqları qorunmalıdır.

- Kamran müəllim, bu il üçün qəbul imtahanları başlayıb. İlk imtahanlar da bu bazar günü keçirildi. Abituriyentlərin ikinci dəfə imtahanda iştirak etmək şansları da var. Ümumiyyətlə, imtahan verəcək abituriyentlərə diqqət etməli olduqları məqamları bir daha xatırlatmağınızı istərdik.

- Bu il yenə də nəticələr açıqlananda iştirakçıların 50 faizinin keçid balını toplamadığını görəcəyik. Yüksək bal toplayanlar əsasən dövlət ali təhsil müəssisələrini seçəcəklər. Məsləhət görərdim ki, abituriyentlər dövlət və ya özəl ali məktəb fərqi düşünmədən sevdikləri ixtisası seçsinlər. Qorxmadan özəl ali məktəblərdə oxumaq qərarını versinlər. Seçdikləri ixtisasa gələcəkdə əmək bazarında ehtiyac olacaqmı, ixtisas perspektivlidirmi? suallarına cavab tapandan sonra seçim etsinlər. Qohum, qonşu, valideynin istəyinə uyğun seçim etməsinlər. Qandan, yaradan qorxan həkim olmaq istəməməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ