SON DƏQİQƏ

Test imtahanına qeydiyyat başa çatır

Tarix:

12-04-2018, 10:51

/ 10 497 dəfə oxundu.
Test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat bu gün saat 18:00-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Gunaz.az -a bildirilib ki, aprelin 22-də keçiriləcək imtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. Bu gün saat 9:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 294, BB vəzifə qrupu üzrə 1123 nəfər olmaqla ümumilikdə 1417 nəfər qeydiyyatdan keçib.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. "Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün online qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

скачать dle 12.1

Şərhlər