SON DƏQİQƏ
» » Peşə məktəblərinin müəllimləri imtahan verəcək

Peşə məktəblərinin müəllimləri imtahan verəcək

Tarix:

2-03-2018, 18:53

/ 10 562 dəfə oxundu.
Peşə məktəblərinin müəllimləri imtahan verəcək

Martın 9-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində 56 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək və bununla rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə diaqnostik qiymətləndirmə tam başa çatmış hesab olunacaq.

Qeyd edək ki, ötən il ərzində Təhsil Nazirliyi tərəfindən bütün peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin və rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə istehsalat təlimi ustalarının, ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında” 17 yanvar 2018-ci il tarixli sərəncam imzalanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ