SON DƏQİQƏ

ABŞ səfiri tələbələr qarşısında

Tarix:

19-01-2018, 16:04

/ 1 358 dəfə oxundu.
ABŞ səfiri tələbələr qarşısında

 

Qərbi Kaspi Universitetində ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş keçirilib.

Tələbələr qarşısında çıxış edən səfir ABŞ-Azərbaycan münasibətlərinin tarixi kökləri və bügünü barədə danışıb, Azərbaycanın ABŞ üçün strateji tərəfdaş olduğunu qeyd edib. R.Sekuta bildirib ki, iki ölkə arasında əlaqələr, əməkdaşlıq inkişaf edir və ABŞ Azərbaycanın regiondakı rolunu, enerji ölkəsi kimi əhəmiyyətini, terrorizmə qarşı mübarizədəki səylərini olduqca yüksək qiymətləndirir.
Səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsindən narahatlığını diqqətə çatdırıb və Azərbaycanın ərazi bütövlüyünün dəstəklədiyini qeyd edib.
Daha sonra səfir tələbələrin suallarını cavablandırıb, onlarla maraqlı fikir mübadiləsindən məmnunluğunu ifadə edib. 

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin “Səfir saatı” layihəsi çərçivəsində müntəzəm olaraq xarici ölkələrin ölkəmizdəki səfirləri ilə tələbələrin görüşləri təşkil edilir.

Gunaz.az

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ