SON DƏQİQƏ

Zaqatala rusvayçılığı

Tarix:

30-11-2017, 22:58

/ 2 163 dəfə oxundu.
Zaqatala rusvayçılığı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin və indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Orucəli Rzayev özbaşınalığı.

ADPU-nin ADİU- Zaqatala filialı kimi davam etdirməsi üçün cənab Prezidentin imzaladığı sərəncam filialda çox böyük sevinclə qarışlandı. Sevincimiz çox az çəkdi. Verilən sərəncamdan filialın direktoru Orucəli Rzayev öz çirkin məqsədləri üçün istifadə etməyə başladı. Hələ 2015-2016-cı tədris ilin AMİ-nin Zaqatala filialına qəbulun dayandırıldığı halda 65 nəfər yeni işçi işə götürüldü. Digər müəssisələrdə işlərin öhdəsindən gələ bilməyən, savadsız, ali təhsili bəli olmayan, qeyri-ixtisası insanlar işə götürüldü. Bu isə tədris prosesinə mane olmağa başladı. Nizam-intizam pozuldu. Tədrisin keyfiyyətinin aşağı düşməsi tələbələrin narazılığına səbəb oldu.

2015-2016-ci ilin yayı umumilikdə filialdakı bütün əməkdaşların iyul, avqust, sentyabr ayları üçün maaşların və məzuniyyətə çıxan müəllimlərin əmək haqları verilmədi. Narazılığımızı bildirdiyimiz zaman bizə heç bir yerə şikayət etməməyi və əmək haqlarımızın dövlət tərəfindən verilməməyini bildirmişdir. Biz lazımı instansiyalarla əlaqə saxladıq və bildirildi ki, əmək haqlarına ayrılan pullar Orucəli Rzayev tərəfindən mənimsənilib. Orucəli Rzayev bizim nəinki əmək haqlarımızı, hətta oturduğumuz iş yerlərimizə kənar şəxslərdən 3,5,7 min manat məbləğində rüşvət alaraq yeni işçilər götürdü. Struktur bölmə rəhbərləri və 2000 – ci ildən bu günə qədər çalışmış bir sıra əməkdaşlar hal – hazırda qapı arxasında qalmışlar. Orucəli Rzayevin dırnaq arası islahatı bizi bu həddə gətirib çıxartdı ki, biz bu müraciəti filialın bütün əməkdaşları və müəllimləri adından Cənab prezident İlham Əliyevə, Vitse Prezident Mehriban Əliyevaya, Təhsil naziri Mikayıl Cabbarova, İqtisad Universitetinin rektoru Ədalət Muradova, Maliyyə naziri Samir Şərifova, Zaqatala rayon İcra Hakimiyyətinin başçısına bizim əmək haqlarımızın verilməməsi və hüquqlarımızın pozulduğu haqda məlumat verək. Biz ali təhsilli mütəxəssislər hələ də başa düşə bilmirik ki, biz çölə atılırıq, bizim ştatlarımıza başqa adamlar işə götürülür. Hal hazırda ştat cədvəlində adı olmayan 10-na yaxın əməkdaş boş-boşuna otaqlarda otururlar. Filiala yoxlama gəldikdə bu əməkdaşlar gizlincə evə yola salınır. Orucəli Rzayev işçinin iş təcrübəsinə, savadına yox maddiyyatına üstünlük verir.Onun iş üslubu belədir: 3,5 min manata işçini işə götürür bir il işlədikdən sonra ixtisar adıyla işdən azad edir, digər əməkdaşımızdan 10000 manat məbləğində pulu alıb, dekan ştatına təyin edəcəyini vədd etdiyi halda bü gün həmin vətəndaş pulunu geri istəyəndə cavab olaraq o pula dekan ştatı düşmür verdiyin pul çox azdır, “ İqtisad Universitetində çox yüksək məbləğlər oynayır”demişdir.

Cənab prezident!

Bu gün ölkəmizdə mutikultural dəyərlərə yüksək önəm verildiyi bir zamanda etnik qruplardan olan nümayəndələrin hüquqları tapdalanır. Dövlət və millət arasıda Orucəli Rzayev kimi rüşvətxorlar qarışıqlıq yaradırlar.

Hörmətli Cənab prezident, filial rəhbərinin çirkin əməllərinin araşdırılması və əmək haqlarının ödənilməsində bizə köməklik etməyininzi Sizdən xahiş edirik. Əvvəlcədən sizə təşəkkür edirik. Biz hər zaman sizinləyik.

Vüsal Məmmədov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ