SON DƏQİQƏ
» » Tələbələr universiteti rahat dəyişə bilməlidir - Ekspert

Tələbələr universiteti rahat dəyişə bilməlidir - Ekspert

Tarix:

15-11-2017, 07:50

/ 1 378 dəfə oxundu.
Tələbələr universiteti rahat dəyişə bilməlidir - Ekspert

Azərbaycanda fəaliyyət göstərən universitet və kolleclərin müasirləşməsi, standartlara, əmək bazarının tələblərinə cavab verməsi və dünya reytinqində olması üçün bir sıra tədbirlər həyata keçirilməlidir.

Gunaz.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. Onun bildirib ki, ilk növbədə universitetlərin dövlət dəstəyi, əhəmiyyətli dərəcədə maliyyələşdirilməsi və güclü maddi-texniki baza ilə təmin olunması həyata keçirilməlidir:

"Yalnız bundan sonra dünyanın ən görkəmli alimlərini və müəllimlərini bizim universitetlərdə dərs keçmələri üçün dəvət etmək lazımdır. Universitetlər arasında liderlik uğrunda rəqabət mühiti yaradılmalıdır".

Təhsil ekspertinin sözlərinə görə, hazırda Azərbaycanda çevik təhsil sisteminin olmaması da universitetlərin reytinq cədvəlində yer tutmasının səbəbləri sırasındadır:

"Tədris prosesində tələbələrin universitetləri və fakültələri sərbəst dəyişmək imkanı ilə təmin edilməsi arzuolunandır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ