SON DƏQİQƏ

Bu Universitetdə Texnopark qurulur

Tarix:

7-11-2017, 00:31

/ 1 144 dəfə oxundu.
Bu Universitetdə Texnopark qurulur

Son dönəmlərdə ardıcıl olaraq innovativ layihələr həyata keçirən Qərbi Kaspi Universitetində (Qərb Universiteti) Texnoparkın qurulmasına start verilib.

Texnoparkda Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, Mexatronika və Robototexnika Laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər fəaliyyət göstərəcək.

Texnoparkdan sərbəst istifadə imkanı yaradılacaq. Belə ki, ideyası və ya layihəsi olan tələbələr və abituriyentlər texnoparka müraciət edərək dəstək ala biləcəklər.

Qərbi Kaspi Universitetinin tələbələri dərs zamanı üzərində işlədikləri elmi işləri, biznes layihələrini universitet daxilində reallaşdıraraq şəxsi biznesə sahib ola biləcəklər.

Texnoparkda fəaliyyət göstərəcək Mexatronika və Robototexnika laboratoriyasında isə təşəbbüskar mühəndislər hazırlamaq istədikləri robotların və digər bu kimi layihələrin reallaşdırılması üçün lazım olan bütün avadanlıq və materiallarla təmin olunacaqlar. 
Texnopark ideyaların reallaşdırılmasına dəstək verməklə yanaşı, tələbələrdə praktik düşünmə, eləcə də mühəndis təxəyyülünün formalaşmasına xidmət edəcək. 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ