Azərbaycanlı gənclərin Çexiyada təhsil almaq imkanları genişlənir
Tarix:
21-04-2017, 09:00
/ 4 414 dəfə oxundu.
Qərb Universiteti Çexiyanın aparıcı təhsil müəssisələri
ilə əməkdaşlıq əlaqələri qurur. Belə ki, universitet hazırda bu ölkənin Mendel
və NEWTON College Universiteti ilə birgə layihələr, tədris proqramları həyata
keçirir. Bu günlərdə
Qərb Universitetində Çexiyanın Mendel Universitetinin nümayəndələri ilə görüş
olub. Görüşdə universitetlərarası əməkdaşlıq əlaqələri müzakirə olunub, gələcək
perspektivlər nəzərdən keçirilib.
Qeyd edək
ki, iki universitet arasında əməkdaşlıq müəllim-professor heyətinin, eləcə də tələbələrin
mübadiləsini və birgə Yay Məktəblərini əhatə edir.
Məlumat
üçün bildirək ki, Qərb Universitetinin tələbəsi Fidan Əliyeva təhsilini Mendel
Universitetində maliyyə ixtisası üzrə davam etdirir.
Qərb
Universiteti və Çexiyanın "NEWTON College” Universiteti arasında əməkdaşlığa əsasən
isə tələbələr üç il Qərb Universitetində, bir il isə "NEWTON College”
Universitetində təhsil almaqla ikili diploma sahib ola bilərlər.
Ümumiyyətlə,
beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə
malik olan Qərb Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini
əhatə edir. Universitetin xaricdə təhsil layihəsi qısa və
uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır.
Hazırda Erasmus plyus mübadilə layihəsi çərçivəsində bu ali təhsil ocağının tələbələri
Avropanın aparıcı universitetlərində təhsil ala bilirlər.