SON DƏQİQƏ
» » Bu gün 9-cu sinif şagirdləri sınağa çəkilirlər

Bu gün 9-cu sinif şagirdləri sınağa çəkilirlər

Tarix:

16-04-2017, 08:24

/ 4 419 dəfə oxundu.
Bu gün 9-cu sinif şagirdləri sınağa çəkilirlər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, o cümlədən, eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində  iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirir.
DİM-dən  verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
İmtahanlar bütün binalarda eyni vaxtda saat 13:00-da başlanır. İmtahanda 7177 (Bakı şəhərində 1927, Naxçıvan şəhərində 511, Gəncə şəhərində 980, Sumqayıt şəhərində 334, Şəki şəhərində 313, Bərdə şəhərində 810, Göyçay şəhərində 400, Şirvan şəhərində 641, Lənkəran şəhərində 864, Xaçmaz şəhərində 397) namizədin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 47 imtahan rəhbəri, 546 nəzarətçi-müəllim ayrılıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ