SON DƏQİQƏ
» » Putinin 19 oktyabrda sülh təklifi şərti... - Köçəryan

Putinin 19 oktyabrda sülh təklifi şərti... - Köçəryan

Tarix:

5-04-2021, 23:31

/ 1 385 dəfə oxundu.
Putinin 19 oktyabrda sülh təklifi şərti... - Köçəryan

Ermənistanda bəzi qüvvələr antirusiya isteriyasını qızışdırmağa çalışırlar.

GunAz.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın "Birinci kanalı”nda yayımlanan "Pozner” verilişinin efirində "Rusiya Ermənistanı satdımı” sualını cavablandırarkən deyib.

"Bu məsələ hələ müharibədən əvvəl Rusiyadan narazı qüvvələr tərəfindən səsləndirilmişdi. İndi yeni bir vəziyyət ortaya çıxıb və bu qüvvələr antirusiya əhval-ruhiyyəsini qızışdırmaq üçün bundan maksimum istifadə edirlər. Amma Rusiya müharibəyə təhrik etməyib. O, müharibəni saxlamaq üçün əlindən gələni etdi”, - Köçəryan bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 19-da Azərbaycan əhalisinin Şuşaya qayıtması şərti ilə hərbi əməliyyatların dayandırılması təklifini xatırladıb.

Köçəryan bildirib ki, müharibəni fərqli yanaşma ilə saxlamaq imkanı var idi, amma Paşinyan bu qərara görə məsuliyyəti üzərinə götürməyib. Nəticədə isə Ermənistan oktyabrın 19-dan dəfələrlə böyük itkiyə məruz qaldı.

Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualı cavablandıran Köçəryan bildirib ki, Rusiya olmasaydı belə, Azərbaycan başqa yerdən silah alacaqdı.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ