SON DƏQİQƏ
» » Bu qardaş Türkiyənin praktikasında da müşahidə edilən haldır

Bu qardaş Türkiyənin praktikasında da müşahidə edilən haldır

Tarix:

5-03-2021, 12:01

/ 4 205 dəfə oxundu.
Bu qardaş Türkiyənin praktikasında da müşahidə edilən haldır

Əsli Kazımova: "Partiyaların birgə fəaliyyəti daha məqbul hesab etmələrini sadəcə alqışlamaq olar…”

"Bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması qərarı, bir daha ölkədə demokratik prinsiplərin olmasını təsdiq edir”. Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, belə hallar təsadüfü deyil, hətta qardaş Türkiyənin praktikasında da müşahidə edilən haldır: Belə ki, həmin partiyaların idealoji fəaliyyət prinsipləri Yeni Azərbaycan Partiyası ilə üst üstə düşür. Yəni həmin partiyaların strateji məqsədləri YAP-ın məqsədləri ilə eynidir və vacib hədəflər uğrunda demək olar ki, eyni məqsədə xidmət edirlər, bu baxımdan birgə fəaliyyəti daha məqbul hesab etmələrini sadəcə alqışlamaq olar.
"Bildiyim qədəriylə, Milli Qurtuluş Partiyası, Yurddaş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası YAP-ın sıralarına qoşulma qərarı alıblar. Bu bir daha qeyd etmək istəyirəm ki, ölkədə demokratik əsasların olmasının göstəricisidir. Xatırlayırsınızsa, ötən il bir sıra partiyalar qeydiyyatdan keçərək, fəaliyyətə başladılar. Bu il bir neçə partiya YAP-ın sıralarına qoşulmağa qərar verdi. Demokratik əsaslara sahib bir ölkədə hər bir müxalif partiya öz qərarlarını özü verir. İqtidar isə onların seçimlərinə hörmətlə yanaşır. Əminəm ki, siyasi partiyaların fəaliyyətindəki bu demokratik seçim etmə imkanlarının yaradılmasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin böyük rolu var. Aparılan siyasi dialoglar, partiyalar arasında birlik, bərabərlik, sağlam rəqabət kimi keyfiyyətlərin formalaşmasına böyük tövhə verdi. Bu gün isə bir sıra partiyaların YAP-ın sıralarına qoşulma qərarları bu tövhənin baris nümunəsi kimi qiymətləndirilməlidir”.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər