SON DƏQİQƏ

"Ermənilər hələ də ağıllanmayıb

Tarix:

23-02-2021, 09:01

/ 5 100 dəfə oxundu.
"Ermənilər hələ də ağıllanmayıb

Partiya sədri: "Sülhməramlı” adı altında Rusiyanın məkirli niyyətlərinin qarşısı vaxtında alınmasa bu yeni, arzuolunmaz nəticələrə səbəb ola bilər

«44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğramalarına baxmayaraq türk qanına susayan, türk düşmənçiliyi genlərinə hopmuş, daim başqalarının əlində türklərə qarşı alət rolunu oynayan və əbədi türk torpaqlarında özlərinə Ermənistan adlanan oyuncaq "dövlət” qurmuş ermənilər hələ də ağıllanmayıblar. Onlar Azərbaycan ərazisində - Dağlıq Qarabağda - yeni bir "erməni dövləti” qurmaq xülyasından əl çəkmək istəmirlər».

Bunu "Azad Azərbaycan" qəzetinə Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib. Onun sözlərinə görə, insanlara xas olan bütün keyfiyyətlərdən məhrum olan bu mənfur məxluq toplusu 20 fevralda Xankəndində həyasızcasına, 33 il bundan əvvəl - 20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qəbul edilən qərarı tarixi dirçəliş günü (?) kimi qeyd etmişlər. Yürüşdən göründüyü kimi, Xankəndində nümayişə çıxan erməni separatçıları heç də yaşlılardan ibarət deyil və özlərini narahat hiss etmirlər: «Təbii, hamı başa düşür ki, bu, Dağlıq Qarabağda hələ də sülənən bir ovuc erməni cinayətkarlarının təkbaşına qərar verib həyata keçirə biləcəkləri "tədbir” deyil».

T.Qənioğlunun fikrincə, burada Rusiya dövlət strukturlarının nümayəndələrinin ermənilərlə birlikdə iştirakı sübut edir ki, "tədbirin” əksər iştirakçıları separatçılar olsalar da, təşkilatçısı və ilhamvericisi onlardır: «Əcəba Arayik Arutyunyan kimdir və hansı gücə sahibdir ki, Rusiyanın dəstəyini hiss etməsə qondarma "arsax”ın müstəqilliyinin əsas vəzifələri olaraq qaldığını həyasızcasına bəyan etsin? Rusiyanı təmsil edən rəsmi nümayəndələrin bu tədbirdə iştirakı onların "qondarma arsaxın” müstəqilliyin de-fakto tanınması anlamına gəlmirmi? Bu Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün işlətdiyi ssenarinin tərkib hissəsi deyilmi? Məgər aydın deyil ki, Rusiya ilə məsləhətləşməmiş rus dilini Dağlıq Qarabağda rəsmi dövlət dili elan etmək cinayətkar Arayik Arutyunyanın heç yuxusuna da gəlməzdi?! Bu Rusiyanın Krımda tətbiq etdiyini Dağlıq Qarabağda da tətbiq etmək istədiyinə hazırlıqdır»

Partiya sədri qeyd edib ki, Dağlıq Qarabağda heç vaxt 300 nəfərdən artıq rus yaşamayıb: «İndi də yəqin orada heç bir nəfər keçmiş Azərbaycan vətəndaşı olan rus yoxdur. Bu ərazilərə məqsədyönlü şəkildə, təcili olaraq zorla köçürülən ermənilər isə rus dilini bilmirlər. Elə isə rus dilini bilməyənlərin zorən məskunlaşdırıldığı ərazidə rus dilinin rəsmi dövlət dili elan edilməsi hansı məqsəd daşıyır? Məqsəd aydındır: ermənilər üçün rus dili kursları təşkil edəcəklər. Sonra onlar, Rusiya qanunlarına uyğun olaraq rus dilindən imtahan verib bu ölkənin vətəndaşlığını alacaqlar. Sonra Rusiya "sülhməramlı” adı altında işğal etdiyi Dağlıq Qarabağda, Krımda olduğu kimi, "referendum” keçirib "xalqın istəyi ilə” bu ərazilərin Rusiyaya birləşdirildiyini elan etmək istəyir. Rusiya çox gözəl bilir ki, Dağlıq Qarabağda separatçılara heç bir status verilməyəcəyi halda nəinki Azərbaycan ərazisində, çox da uzaq olmayan zamanda Ermənistanda da qala bilməyəcək. Ona görə də, "sülhməramlı” adı altında əldə etdiyi fürsətdən istifadə edərək nəzarət etdiyi ərazilərə azərbaycanlıların qayıdışına, bu ərazilərdə Azərbaycanın mülki idarəçiliyinin tətbiq edilməsinə mane olur. Onlar çəkinmədən separatçıların "status”, "müstəqillik” istəklərinə dəstək verir və bu prosesə, öz hegemonluğunun davam etməsi şərti ilə, digər ermənipərəst dövlətləri, bədnam Minsk qrupunu cəlb etmək istəyir. Məgər görünmür ki, Rusiya "sülhməramlıları” Azərbaycan qanunlarına məhəl qoymur?»

T.Qənioğlunun sözlərinə görə, həm Rusiya, həm də, bütün dünya bilməlidir ki, Dağlıq Qarabağ ətrafında son zamanlar baş verən hadisələr torpaqlarını yağı düşməndən azad edərkən 3 min şəhid vermiş, minlərlə əlili olan Azərbaycan xalqında əsəb və narahatlıq doğurmaya bilməz! Və Azərbaycan xalqı heç vaxt torpağının bir qarışının belə işğal altında qalması ilə barışmayacaqdır!

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər