SON DƏQİQƏ

Türkiyədə XİN rəhbərlərinin VACİB GÖRÜŞÜ

Tarix:23-02-2021, 08:23 Oxunub:4 250

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barədə  Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.

İlqar QURBAN

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<